إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı müəyyən oldu

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu sentyabrın 2-də Heydər Əliyev Beynəlxalq Hava Limanından yola salınacaq.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən fins.az-a verilən məlumata görə, bu il zəvvarlar Azərbaycan Hava Yolları (AZAL) şirkətinin təyyarələri ilə uçacaqlar. Son reys isə sentyabrın 5-də yola düşəcək

 

Bildirilib ki, bu il Azərbaycan üçün ayrılan kvota tam dolub və Həcc ziyarətinə 1 050 nəfər gedəcək. Səfərin qiyməti isə hotellərin xidmət haqlarından asılı olaraq 3500- 4500 dollar arasında dəyişir.

 

QMİ-dən qeyd ediblər ki, qiymətlər ötən illə müqayisədə dəyişməsə də manatla ifadədə artıb. Bu da Azərbaycanda dolların bahalaşması ilə bağlıdır.

 

Qeyd edək ki, bu il Səudiyyə Ərəbistanında həcc ziyarəti zamanı zəvvarların təhlükəsizliyini 17 mindən çox xüsusi xidmət orqanının əməkdaşı qoruyacaq.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Avqust, 2016  13:58 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!