إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Hicab qadağası aradan qaldırıldı

Qazaxıstanın şimal-qərb bölgəsində yerləşən universitetdə mövcud olan hicab qadağası universitetin rəsmiləri tərəfindən aradan qaldırılıb.

Saqtağan Baişev Universitetində hicab problemi 8 hicablı tələbənin bu təhsil müəssisəsini məhkəməyə verəcəkləri haqda xəbərdarlıq etdikdən sonra həll olunub. Bu qadağanın aradan qaldırılmasında adı çəkilməyən insan haqları təşkilatının bölgə bürosunun universitetdə apardığı danışıqların da rolu olub.

Bu qadağa ilə bağlı insan haqları təşkilatının Qazaxstan bölməsinin hüquqşünası Ağızbek Telegenov universitetin rektoru ilə görüşmüş və problemlə bağlı danışıqlar aparıb.

Nəhayət, son bir neçə gündə universitetdə mövcud olan hicab qadağası aradan qaldırılıb.

islam-azeri.az

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Dekabr, 2011  16:38 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!