إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Çin: 3-cü dünya müharibəsi bahasına olsa belə İranı dəstəkləyəcəyik

Çin Xalq Respublikasının başçısı İrana hücum olacağı halda dərhal müharibəyə müdaxilə edəcəkləri xəbərdarlığını verdi.

İslamazeri.az-ın verdiyi xəbərə görə bu barədə ABŞ-ın Müdafiə nazirliyinin jurnalı məlumat dərc edib. Jurnal bildirir ki, Çin rəhbəri Hu Cin Taonun Qərbin İrana i hücumunu dayandırmanın yeganə yolunun ölkəsinin müharibəyə müdaxilə etmək olduğunu qeyd edib.

Çin dəniz qüvvələrinin hərəkətə keçməsinin də bu çərçivədə olduğunu yazan jurnal, Çin rəhbərinin keçən həftə ordunun yüksək rütbəli komandirləri ilə görüşündə də 3-cü dünya müharibəsi bahasına olsa belə İranı dəstəkləməkdən əsla geri çəkilməyəcəklərini söyləyib.

Qeyd edək ki, ötən həftə Rus generalı Nikolay Makarov da yerli və ya regional silahlı münaqişələrin daha da böyüməsinə maneə törədə bilməyəcəklərini söyləmişdi.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Dekabr, 2011  21:31 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!