|
“Media və din” mövzusunda konfrans keçirilib - FotoBu gün “2016-cı il Multukulturalizm ili” çərçivəsində “Media və din” mövzusunda konfrans keçirilib. Ahlibeyt.az-ın APA-ya istinadən xəbərinə görə, konfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutub. Tədbiri giriş sözü ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı açıb. O bildirib ki, “2016-cı il Multikulturalizm ili” çərçivəsində Dövlət Komitəsi tərəfindən müxtəlif xarakterli tədbirlər keçirilir: “Bugünkü konfransımız media və din mövzusuna həsr olunub. Jurnalistlər dini mövzuda yazılar yazarkən bəzi məqamları nəzərə almalıdırlar. Bu gün dindən sui-istifadə, dini siyasiləşdirmək cəhdləri var. Eyni zamanda, dinlərin daxilində ayrı-ayrı cərəyanlar meydana gəlib. Xüsusən islam dini içərisində yaranan bu cərəyanların hansısa qolları Azərbaycana da gəlib çıxıb. Azərbaycan mediasında bəzən yanlış olaraq bu cərəyanları bir-birinə qarışdırırlar. Bəzən görürsən ki, bu cərəyanlarla əlaqədar yazılar yazarkən yerli-yersiz burada hansısa şəxsləri lider səviyyəsinə qaldırırlar. Biz mediaya bildirmək istəyirik ki, bu gün Azərbaycanda dövlət-din münasibətləri normal məcrada inkişaf edir. Azərbaycan çox konfensiyalı ölkədir. Azərbaycanda ayrı-ayrı dini konfensiyalar bərabər şəkildə fəaliyyət göstərir”. M. Qurbanlı qeyd edib ki, Azərbaycanda dövlət-din münasibətlərində qarşıda duran 2 mühüm vəzifə var: “Birinci, dini radikal qruplara qarşı ideoloji sahədə mübarizəni gücləndirmək və burada medianın rolunu artırmaq və dini xurafata qarşı mübarizə aparmaq lazımdır.Dini xurafata qarşı tarixən bizim klassiklərimiz öz əsərlərində mübarizə aparıblar.Bu gün də bu mübarizəyə böyük ehtiyac var. Xurafat, cahillik bu gün də mövcuddur. Dini xurafatdan da sui-istifadə edirlər. Dini xurafatla dini radikalizm bir medalın iki üzüdür. Bunların hər ikisinə qarşı mübarizə getməlidir və burada medianın özünəməxsus yeri və rolu var”. Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaranan gündən etibarən mətbuatla sıx şəkildə əməkdaşlıq edib: “Komitə Mətbuat Şurası ilə birgə layihələr həyata keçirir. Dini Komitə jurnalistlər üçün açıq bir quruma çevrilib”. Ə. Amaşov qeyd edib ki, Azərbaycan tolerant ölkədir: “Bu məsələdə medianın xüsusi rolu da var. Xarici qüvvələrin dindən sui-istifadə cəhdləri olur ki, bu cəhdlərin qarşısının alınmasında Azərbaycan jurnalistləri çox mühüm rol oynayır”. Tədbirdə millət vəkilləri Bəxtiyar Sadıqov, Fazil Mustafa, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri Nəriman Qasımoğlu mövzu ətrafında fikir mübadiləsi aparıblar.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Avqust, 2016 16:28 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |