|
• DünyadaAlmaniya: çarşab və niqab qorxusuAlmaniyanın DPA agentliyinin bu gün verdiyi məlumata görə, Almaniyanin daxili işlər naziri Tomas de Mezyer ölkədə təhlükəsizlik səviyyəsinin artırılmasına şərait yaradan bəyannamə imzalanmasına nail olmaq niyyətindədir. Konkret tədbirlər barədə təkliflər XDİ və XSİ partiyalarının nümayəndələrinin başçılıq etdiyi federal əyalətlərin DİN rəhbərləri tərəfindən təqdim ediləcək. Ahlibeyt.az-ın Azertac-a istinadən məlumatına görə, bəyannamənin qaralama variantı Almaniya KİV-lərinə daxil olub. Həmin variantda niqab və çarşabın qadağan edilməsi, miqrantların deportasiyasının sürətləndirilməsi, 2020-ci ilə qədər polislərin sayının 15 min nəfər artırılması və onların silahlarının təkmilləşdirilməsi, 14 yaşlı yeniyetmələr barəsində təhqiqat aparılmasının mümkünlüyü, terror aktları zamanı ölkə daxilində aparılan əməliyyatlarda silahlı qüvvələrin iştirakı və ikili vətəndaşlığın ləğv edilməsi kimi maddələr vardır. Sənəddə deyilir: “Biz bu cür ikiqat loyallığı qəbul etməyəcəyik. Xarici dövlətlərin siyasətində iştirak etmək istəyənlərə təklifimiz budur ki, onlar Almaniyanı tərk etsinlər”. Həkim sirri rejiminin zəiflədilməsi imkanı da müzakirə edilir: həkimlərə bir vəzifə kimi tapşırmaq istəyirlər ki, cinayət törətmək niyyətində olmasından danışan pasiyentlər barədə hüquq-mühafizə orqanlarına məlumat versinlər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Avqust, 2016 17:24 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |