|
• DünyadaYunanıstan parlamenti Afinada ilk məscidin tikintisinə icazə verdiYunanıstan parlamentinin nümayəndələri bəzi etirazlara baxmayaraq, yeni bir layihə təsdiqləyib və bu layihə əsasında bu ölkənin paytaxtı Afinada ilk məscidin tikintisinə rəsmi icazə verilir. Ahlibeyt.az-ın Maide.az-a istinadən verdiyi xəbərə görə, bu layihə ötən gün Yunanıstan parlamentində təsdiqlənib. Layihənin müzakirəsi zamanı iki partiya (Müstəqil Yunanlılar Partiyası- hökumətə yaxın partiya, və İfratçı Sağçı Qızıl Şəfəq partiyası) məscidin tikilməsi layihəsinə etiraz ediblər. Parlamentin təsidqlədiyi bu layihə 10 ilə yaxındır bu ölkənin paytaxtında tikilməsi təxirə salınan məscidin idari prosedurasındakı maneələri aradan qaldıracaq və işi tezləşdirəcək. Afinada məscid tikintisi uzun müddət idi ki, qadağan olunmışdı və bu şəhər Avropada məscid olmayan yeganə paytaxtdır. Yunanıstan müsəlman cəmiyyətinin baş katibi Nəim Əl-Ğondura bir müddət öncə demişdi ki, Yunanıstan dövləti ölkə ərazisində məscidlərin inşa edilməsini qadağan edib və müsəlmanlar öz namazlarını yeraltı və gizli məscidlərdə qılmağa məcburdurlar. O əlavə edib ki, kilsə icazə vermədiyi üçün müsəlmanlar bir məscidə belə sahib deyillər. Xatırladaq ki, iki il öncə də Yunanıstandakı müsəlmanlar 500 nəfərlik məscidin tikilməsi üçün müraciət etmişdi, ancaq parlamentdə keçirilən iclasda məscidin 350 nəfərlik olması qərarlaşdırılıb. Yunanıstan 10 milyondan çox əhaliyə malikdir və bu ölkədə müsəlmanların sayı artmaqdadır və hal-hazırda Yunanıstanda 700 min müsəlman yaşayır ki, onların 200 mindən çoxu Afina şəhərinin sakinidir .
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Avqust, 2016 12:45 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |