|
|
Azərbaycanda ailə quran 7503 nəfərin talassemiya daşıyıcısı olduğu müəyyənləşibBu ilin 6 ayında Respublika Talassemia Mərkəzin ümumi laboratoriyasında 10200 nəfər “Talassemiyasız həyat naminə” Proqramı çərçivəsində proqram çərçivəsində müayinələrdən keçib. Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya məlumat verilib. Bundan əlavə 102 nəfərdə HLA uyğunluq müayinəsi aparılıb. 2015-ci ilin iyun ayından ailə həyatı quran cütlüklərin nikahdan öncə müayinəsi talassemiya daşıyıcılarının vaxtında aşkarlanmasında mühüm rol oynayıb. Aparılan bu müayinələrdə məqsəd talassemiyalı xəstə uşaqların dünyaya gəlməsinin qarşısını almaqdır. İndiyədək 152659 nəfər müayinədən keçib. 7503 nəfərdə daşıyıcılıq aşkarlanıb. Bunlardan 58 cütlüyün hər ikisində daşıyıcılıq qeydə alınıb ki, həmin şəxslərə də müvafiq məsləhətlər verilib. Bütün görülən işlərlə yanaşı “2016-2020-ci illər üçün talassemiya xəstəliyinin və profilaktikası üzrə” Dövlət Proqramında nəzərdə tutulan digər məsələlərin uğurla həyata keçirilməsi yönündə işlər aparılmaqdadır. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Avqust, 2016 15:26 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |