|
Əlirza Pənahiyan: Zühur təbii ilahi qanunlarla baş verir, möcüzə ilə deyilİndinin özündə də o həzrətn [Həzrəti Mehdinin(ə.f)] görüşünə nail olan kəslərin xüsusi lütflə ağılları, düşüncələri artacaq, başqalarından daha çox inkişafa nail olacaqlar. Ahlibeyt.az-ın Shabestan-a istinadən məlumatına görə, höccətül - islam vəl - müslimin Əlirıza Pənahian zühur barəsində bəzi yalnış fikir və inanclara toxunmuşdur.
O qələmə aldığı “Avamanə, alimanə və arifanə intizar” kitabında yazır:
Belə düşünmək yalnışdır ki, dünyanın xilaskarı və sonuncu islahatçısı sayılan Həzrət Mehdi (ə) gəldikdə insanları məsuliyyət və taqətindən artıq yükləyəcək, cəmiyyəti onun ictimai və təbii meyar çərçivələrindən çıxaracaq, tarixi və ilahi qanunlardan kənara çəkərək ideal cəmiyyət dönəminə doğru aparacaqdır.
Bu təfəkkür insanı kiçiltmək, din və ilahi qanunlarda dəyişiklik yaradılmasını qəbul etmək olardı. Nəticədə, məsuliyətsiz və mənasız bir gözlənti ilə üzləşərdik.
Düzdür ki, hədislərdə qeyd edili ki, İmam Zaman (ə) zühur edəndə əlini insanların başına çəkəcək, onların ağılı artacaqdır. Lakin bu hədisi avamana təfsir etməməliyik. Həzrət əlini çəkməklə təbii və ilahi qayda - qanunların əksinə əməl edə bilməz, insanın fitri və natural özəllikləri dəyişməz qalaraq, öz təbii axını ilə inkişaf edir.
İndinin özündə də o həzrətn görüşünə nail olan kəslərin xüsusi lütflə ağılları, düşüncələri artacaq, başqalarından daha çox inkişafa nail olacaqlar.
Hər halda, zühura avamanə baxış, onu ilahi sünnətlər, təbii qanunlaradan kənar bir hadisə kimi qələmə vermək və qəbul etmək məsum dini rəhbərlərimiz tərəfindən də inkar edilmiş və qəbul edilməmişdir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 İyul, 2016 14:57 ⁄ Çap
Bu bölmədə8 Mart, 2023 İmamın intizarının dəyəri haqqında8 Mart, 2023 Bu gün İmam Zaman(ə.f)ın mübarək mövlud günüdür24 Aprel, 2019 Zühurun intizarında olan şəxsin məqamı6 Mart, 2019 İmam Zamanın (ə) zühurunu Allahdan diləyin... |
Xəbər lenti
8 Dekabr, 2023 10:00
6 Dekabr, 2023 15:45
27 Noyabr, 2023 09:15
|
© 2023 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |