25 İyul, 2016
Zühur təbii ilahi qanunlarla baş verir, möcüzə ilə deyil

İndinin özündə də o həzrətn [Həzrəti Mehdinin(ə.f)] görüşünə nail olan kəslərin xüsusi lütflə ağılları, düşüncələri artacaq, başqalarından daha çox inkişafa nail olacaqlar.

Höccətülislam Əlirıza Pənahian qələmə aldığı “Avamanə, alimanə və arifanə intizar” kitabında zühur barəsində bəzi yalnış fikir və inanclara toxunmuşdur:

"Belə düşünmək yalnışdır ki, dünyanın xilaskarı və sonuncu islahatçısı sayılan Həzrət Mehdi (ə) gəldikdə insanları məsuliyyət və taqətindən artıq yükləyəcək, cəmiyyəti onun ictimai və təbii meyar çərçivələrindən çıxaracaq, tarixi və ilahi qanunlardan kənara çəkərək ideal cəmiyyət dönəminə doğru aparacaqdır.

Bu təfəkkür insanı kiçiltmək, din və ilahi qanunlarda dəyişiklik yaradılmasını qəbul etmək olardı. Nəticədə, məsuliyətsiz və mənasız bir gözlənti ilə üzləşərdik.

 

Düzdür ki, hədislərdə qeyd edili ki, İmam Zaman (ə) zühur edəndə əlini insanların başına çəkəcək, onların ağılı artacaqdır. Lakin bu hədisi avamanə təfsir etməməliyik. Həzrət əlini çəkməklə təbii və ilahi qayda - qanunların əksinə əməl edə bilməz, insanın fitri və natural özəllikləri dəyişməz qalaraq, öz təbii axını ilə inkişaf edir.

 

İndinin özündə də o həzrətn görüşünə nail olan kəslərin xüsusi lütflə ağılları, düşüncələri artacaq, başqalarından daha çox inkişafa nail olacaqlar.

 

Hər halda, zühura avamanə baxış, onu ilahi sünnətlər, təbii qanunlaradan kənar bir hadisə kimi qələmə vermək və qəbul etmək məsum dini rəhbərlərimiz tərəfindən də inkar edilmiş və qəbul edilməmişdir".

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5522.html