إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Suriya Müxalifəti: "Ər-Riyad" qrupu müstəqil deyil - Türkiyə,Səudiyyə və Qətəri təmsil edir

Suriya üzrə danışıqları təmsil edən "Ər-Riyad" qrupu Suriya üzrə danııqları ABŞ-da prezident seçkilərinin nəticələri bitənədək təxirə salmağa çalışır.

Ahlibeyt.az-ın Ria agentliyinə istinadən verdiyi xəbərə görə,bunu Cenevrədə Suriya üzrə danışıqlarda müxalifəti təmsil edən"Xmeymim"qrupunun rəhbəri İlyan Masaad bildirib.

İzvestiya qəzetinə müsahibə verən Masaad bildirib ki,Hazırki mərhələdə "Ər-Riyad"qrupu danışıqların vaxtını uzatmaöa çalışır.Bu hal ən azı ABŞ-da prezident seçkilərini qədər davam edəcək.

Onun sözlərinə görə,"ər-Riyad"qrupu müstəqil deyil - Türkiyə,Səudiyyə və Qətərin mövqeyini əks etdirir:

"Əgər Türkiyə və Səudiyyə məsələyə qarışmasaydı ABŞ və Rusiya Suriya müxalifətini və beynəlxalq terrorrizmə qarşı döyüşən Suriya ordusu mövqələrini yaxınlaşdıraraq danışıqlarında məhsuldar nəticəyə gəlmək üçün şərait yarada bilərdilər."

Bununla belə "Xmeymim" qrupu rəhbəri Rusiya XİN rəhbəri S.Lavrovun və ABŞ dövlət katibi C.Kerrinin iyulda baş tutan görüşü zamanı Suriya münaqişəsinin müzakirəsinin problemə öz təsirini göstərəcəyini,tezliklə məsələ ilə bağlı siyasi addımların atılacağına ümid etdiyini bildirmişdir.

Qeyd edək ki,Suriya danışıqları üzrə Rusiya,ABŞ və BMT arasındakı növbəti üçtərfli görüş 26-27 iyulda Cenevrədə baş tutacaq.

Bundan əvvəl aprel ayında baş tutan Cenevrə danışıqlar zamanı Suriya müxalifəti müzakirələri yarımçıq kəsmişdir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 İyul, 2016  11:32 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!