|
• DünyadaGərək Aşuanı nümunə götürək və sükutumuzu sındıraqSəudiyyə Ərəbistanının tanınmış şiə alimi Hüccətül-İslam Şeyx Həsən Səffar minlərlə şiənin Səfva şəhərində iştirak etdiyi Aşura məclisində çıxışı zamanı bildirib ki, biz artıq o dövrdə yaşayırıq ki, bizə qarşı edilən zülmlər müqabilində sükut edə bilmərik. Dünya bu gün öz haqqı uğrunda mübarizəyə qalxanı müdafiə etməkdədir. Bu hüquq həm beynəlxalq qanunlarla həm də şəriət qanunları ilə tanınmış olan hüquqlardır. Və biz də gərək bu hüquqlara çatmaq üçün səy edək. Camaat zülmə və diktaturaya qarşı qalxdıqda hamıya vacibdir ki, onlara qoşulsun və kömək etsin deyən Şeyx Səffar deyib ki, Ali Səud istəyir ki, biz etirazçıların nədən ötrü qiyam etməyimizin səbəbini təhrif etsin və bizi gözdən salsın. Amma onlar bilməlidirlər ki, biz Şəhidlər Sərvəri İmam Hüseynin(ə) qiyamını nümunə götürdüyümüzdən qiyam etmişik və bu yol, üslub bizə İmam Hüseyndən(ə) mirasdır. Ali Səudun tərəfində böyük-böyük media şirkətlərinin dayandığını deyən Şeyx Həsən bildirib ki, onlar da dünya ictimaiyyətinin zehinlərində bizim qiyamımızın səbəbini və məqsədini təhrif edirlər. Şeyx Həsən Səffar deyib ki, Ali Səud rejimi doğrunu yalana, haqqı batilə, zülmü isə ədalətə dəyişmişdir ki, öz şeytani hədəflərinə çatsın. Bu səbəbdən millət Aşuranı özünə nümunə götürməlidir ki, rahatlıqla öz məqsədinə çata bilsin. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Dekabr, 2011 04:36 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |