إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dözümlülük möminin işinin nizama düşməsinin səbəbidir

Allahın Peyğəmbəri (s): "Dözümlü insan peyğəmbərliyə yaxındır".

Böyük ilahi məqsədlərə çatmaq üçün çətinliklərə dözmək lazım gəlir. Haqq qüvvələri ilə qarşı-qarşıya daim şeytan qüvvələri səf çəkib dayanır və ilahi məqsədlərə mane olur. «Elə bir peyğəmbər göndərmədik ki, Şeytan onun istəkləri qarşısında mane yaratmasın» («Həcc» 52). Peyğəmbərin arzusu xalqın hidayətidir. Şeytan bu arzu qarşısında müxaliflik edir və insanlar çaşqınlıq yaratmağa çalışır. Dinin yüksəlişi haqq qüvvələrin fədakarlığı ilə mümkündür.

İmam Əli (ə) buyurur:

«Dözümlülük ağlın kamilliyidir»

Mərifət və kamal baxımından bütün insanlar kamalın son həddinə çatmamışlar. Bəzi insanların onları ədəbli davranmağa vadar edəcək yetərli ağılları yoxdur. Bu üzdən insanın qarşılaşdığı şəxs və ya iş yoldaşı çox vaxt mərifət və kamalın naqisliyi üzündən, bəzən də həyatda rastlaşdığı çətinliklərə, onu sıxan problemlərə görə ölçülməmiş hərəkətlərə yol verir.

Təbii olaraq, əgər insan bu cür insanların rəftarları qarşısında oxşar mövqedən çıxış edib uyğun cavabı vermək istəsə – tez əsəbləşsə, dava-dalaş yolunu tutsa – ixtilaf bir az da dərinləşəcəkdir. Amma, əgər onunla düşmənçilik edən kəsin qarşısında o da düşmənçilik etmək istəsə, bununla həm vaxtını tələf edəcək, həm də rahatlığı və kefini korlayacaq. Bundan sonra əsəbləri korlanır, beynində taxılıb qalmış bu ədavət, onu öz həyat armanlarına çatmağa qoymur.Qəlbində kök salan kin-küdurətlər həyatının şirinliyini acı zəhrimara döndərəcəkdir. Əgər insan cəmiyyətdən layiqincə faydalanmaq istəyirsə, onun bəlalarından amanda qalmağı arzulayırsa, onda gərək özündə helm və dözümlülük ruhiyyəsi yaratsın.

Həzrət Əli buyurur:

"Dözümlülük möminin işinin nizama düşməsinin səbəbidir".

«Əgər dözümlü deyilsənsə də, özünü dözümlü kimi göstər. Çünki özünü başqa insanlara bənzədib, sonunda onlardan birinə çevrilməyən çox az adam tapılar

Peyğəmbər (s) öz öyüdlərində insanın nadan adamlarla üzləşdiyini, onların cahilanə rəftarlarına tuş gəldiyini söyləyir və eşitdirir ki, belə anlarda onun görəcəyi ən yaxşı iş helmli olmağıdır. Belə etdikdə insan həm cəmiyyətin mənafeyindən bəhrələnir, həm də özünü nadanların şərrindən qorumuş olur. Hədislərin birində Peyğəmbər (s) buyurur: "Allah həyalı, helmli, iffətli şəxsi sevir.”- Ali-İmran 159.

Hz.Əli(ə) buyurur:

"Dözümlü o kəsdir ki, öz qardaşlarına qarşı dözümlü olsun».

"Ağlın artması ilə dözümlülük də artar".

İnsanı qiyamət gününün ziyanından saxlayacaq üçüncü xüsusiyyət, onun camaatla yumuşaq tərzdə davranıb müdara etməsidir. "Mudara” məna baxımından "rifq” kəlməsinə yaxındır. Çünki müdara rəftarda mülayim olmaq, camaatla yola getmək, onların xoşagəlməz rəftarları qarşısında dözümlülük mənasındadır. Dini qaynaqlarda müdaranın dünyəvi və axirəvi faydalarını açıqlayan rəvayətlər çoxdur. O cümlədən Peyğəmbərin (s) buyurduğu bu rəvayət ki, deyir: "Müdara imanın yarısıdır.”

Həmçinin deyir: "Üç şey var ki, əgər bir kəsdə olmasa, o adamın əməli tamam olmaz:

1. Onu günahdan saxlayacaq vərə.

2. Xalqla müdaraya səbəb olacaq əxlaq.

3. Nadanların cəhalətini dəf edəcək helm.

İmam Əli buyurur -  "Dözümlü olan, ağalıq edər".

"Düşməninə qarşı dözüm göstərən, ona qalib gələr».

İnsan yaşadığı cəmiyyətdə müxtəlif niyyətli şəxslərlə üzləşməli olur. Bu şəxslər arasında niyyətləri qərəzli adamlar da olur. Onların özlərinə xas rəftarları olur. Bəzən həsəd və ya hər hansı başqa rəzil sifət onları başqaları ilə rəftarlarında kobud olmağa vadar edir.Belə vəziyyətdə insan qarşı tərəfin nalayiq hərəkətini takrarlamamalıdır, əksinə müdara yolunu tutmalıdır. Bunun üçün qarşı tərəfin eyiblərinə göz yummağı, günahkarın günahından keçməyi məşq etməklə belə insanlarla müdara etməlidir. Tez özündən çıxıb qarşı tərəfin rəftarına oxşar reaksiya vermək düzgün deyil. Bəzi yerlərdə, lazım gəlsə özünü görməməzliyə vurmalıdır. Hətta onun haqqında düşmənçilik edənə, pisliyin əvəzində yaxşılıq etməklə cavab verməlidir. İnsan öz həyatında bu əxlaqa yiyələnə bilsə, başqalarının əzab-əziyyəti qarşısında müdara ilə dolansa boynunda olan ilahi yükü mənzilbaşına çatdıra biləcəkdir. Çünki müdara, mülayim rəftar aqillərin üsulu, düzgünlüyün açarıdır.

Hz.Əli buyurur:

"Dözümlü şəxsin bu xasiyyətindən götürdüyü ilk bəhrə, nadanın müqabilində xalqın onun köməyinə gəlməsidir».

"Qəzəbin şiddətli vaxtında dözüm göstərmək, insanı Allahın qəzəbindən amanda saxlar".

İmam Həsən (ə) (dözümlülüyün mənası haqda sualın cavabında buyurur: «Dözümlülük qəzəbi boğmaq və nəfsi saxlamaqdır».

 

Ustad Misbah Yəzdinin Axirət Azuqəsi kitabından xülasə

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 İyul, 2016  15:50 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!