|
• Mənəviyyat • Mənəviyyatİnsan heyvana çevrilə bilərmi?"Əraf» surəsinin 163-166-cı ayələrində bu əhvalatdan bəhs olunur. Bu hadisədə dolanışığı bəhanə edərək ilahi qanunların əks cəbhəsində dayanıb Allahın əzabına düçar olan şəxslər təsvir olunmuşdur. "Əraf" surəsinin 166-cı ayəsində buyurulur: "Qadağan olunmuş işə saymazyana münasibət bəslədikləri vaxt, onlara əmr etdik: «Zəlil meymunlara dönün!». Müxtəlif ayələrdən məlum olur ki, yolunu azmış tüğyançı tayfaları Allah-təala müxtəlif cür cəzalandırır. Yuxarıdakı ayə, bir qrup azğın insanın cəza olaraq heyvana döndərildiyini xəbər verir. Burada insanın ruhən, yoxsa cismən heyvanlaşmasından söhbət gedir. Elmi nöqteyi-nəzərdən insanın cismən heyvana dönməsi qeyri-mümkündür. Həyat şəraitinin dəyişməsi təsiri altında, orqanizmdə yeni bioloji əlamətlər yarana bilər. Mutasiya adlanan bu dəyişmə, orqanizmi qismən dəyişə bilər. Demək, insanın heyvana çevrilməsi, yalnız möcüzə yolu ilə mümkündür. Amma təfsirçilərin kiçik bir hissəsi bu fikirdədirlər ki, uyğun ayədə söhbət ruhən heyvanlaşmadan gedir. Onlarla razılaşmayan əksər təfsirçilər, belə bir hadisənin təkamül qanununa zidd olduğunu aşkar edirlər. Onlar bildirirlər ki, təkamül qanunu, təkamül prosesini keçən orqanizmə aiddir. Hansı ki, həyatda istisnalar vardır. Məsələn, yaşıdları inkişafda olan bir yeniyetmə, hansısa bir xəstəlik ucbatından cılızlaşa bilər. Rəvayətlərdən aydın olur ki, həmin heyvana döndərilmiş insanlar, yalnız bir neçə gün yaşaya bildilər. Əgər nəzərə alsaq ki, təkamül prosesinə uyğun gəlməyən bütün hadisələr davamsız olur (məsələn, iki başlı insan və heyvanlar çox az yaşayır), demək qəzəbə düçar olmuş həmin insanlar cismən meymuna döndərilmişlər. Hadisənin xülasəsi belədir: Bəni-İsrail camaatından bir dəstəsi dəniz kənarında yerləşən «İylə» adlı bir yerdə yaşayırdılar. Allah onları imtahana çəkmək məqsədilə öz Peyğəmbərləri vasitəsi ilə onlara şənbə günündə balıq tutmalarının qadağan əmrini göndərdi. Onlar isə Allahın bu əmrini yerinə yetirməmək üçün hiyləyə əl atdılar və dənizin kənarında bir neçə hovuz düzəltdilər. Şənbə günü balıqları dənizdən o hovuzlara gətirdilər. Onlar gün batan vaxtı bu hovuzların qabağını bağlayır və səhəri gün balıqları tuturdular. Əməllərinə isə belə don geyindirirdilər: Allahın balıq tutmaq barəsindəki qadağanı yalnız şənbə gününə aiddir. Biz də həmin gün balıq tutmamışıq. Onlar bu bəhanə ilə öz günahlarını yumaq istəyirdilər. Halbuki, onlar balıq ovunun bütün işlərini şənbə günü görürdülər. Əməllərinin cəzası olaraq Allah-təala «İylə» camaatına qəzəb edib onları çətin əzabla həlakətə yetirdi. Məsum İmamlarımızın bu əhvalat barəsindəki hədislərində qeyd edilir ki, İylə camaatı bu günah işin törədilməsində üç dəstəyə bölünmüşdü. 1. Birinci dəstə bu işi birbaşa edənlər idi. 2. Başqa bir dəstənin bu işin icrasında əməli fəaliyyəti olmasa da, bu günahın qarşısında müxalifətçilik də etmədilər. Yəni onu edənləri bu işdən çəkindirmək üçün heç bir tədbir görmədilər. 3. Üçüncü dəstə isə bu günaha qoşulmadı, üstəlik bu işi edənləri çəkindirməyə çalışırdılar. İmam Sadiq (ə) buyurur: هَلَكَتِ الْفِرْقَتانِ وَنَجَتِ الْفِرْقَةُ الثّالِثَة «Onlardan iki dəstəsi (günahkarlar və günah qarşısında sükut edənlər) həlak oldular. Üçüncü dəstə isə nicat tapdı».
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 İyul, 2016 12:00 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |