إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İŞİD Mosulda mövqelərini itirməyə başladı

Mosul sakinləri İŞİD-ə qarşı qalxıblar: azı 5 terrorçu məhv edilib

 

Ahlibeyt.az-ın İslamazeri.az-a istinadən verdiyi xəbərə görə, bazar günü axşam saatlarında Mosul şəhərini mərkəzində yerləşən Bab əl-Cədinin sakinləri ilə İŞİD terror təşkilatı arasında silahlı toqquşma baş verib.

Qızğın döyüşlər nəticəsində, terrorçuların dəstələri Bab əl-Cədidə yerləşən mövqelərini tərk edərək qaçıblar. İki terrorçu məhv edilib. Yerli sakinlər həmçinin terrorçulara məxsus və iri kalibrli pulemyotlarla təchiz edilmiş 2 pikapı da yandırıblar.

Həmçinin Mosulun cənubunda yerləşən Həmmam əl-Əlil rayonun sakinləri, İŞİD-lilərə qarşı analoji toqquşmada üç terrorçunu məhv ediblər.

Bəzi məlumatlara əsasən, Həmmam əl-Əlil sakinləri bu rayon üzərindəki nəzarəti tam şəkildə ələ keçirərək, terrorçuları oradan birdəfəlik qovmaq niyyətindədirlər.

Eyni zamanda, İŞİD terror qruplaşmasının kamikadzesi tərəfində ər-Rutba şəhərində törədilmiş terror aktında bir neçə nəfər həyatını itirib və yaralanıb.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 İyul, 2016  12:45 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!