|
• DünyadaAyətullah Sistani: 292 insanın həyatını itirdiyi hadisə ölkədə məzhəblərarası fitnə çıxarmaq məqsədi ilə törədilibTanınmış mərcəi təqlid Ayətullah Seyyid Əli Sistani, paytaxt Bağdadın mərkəzində - Karrada bölgəsində törədilmiş terror aktı nəticəsində 292 insanın həyatını itirdiyi hadisənin "ölkədə məzhəblərarası fitnə çıxarmaq" məqsədi ilə törədildiyini açıqlayıb. Ahlibeyt.az-ın Maide.az-a istinadən məlumatına görə,Ayətullah Əli Sistaninin nümayəndəsi Əhməd Əs-Səfi, Bağdadın cənubundakı Kərbəla şəhərindəki məsciddə Ayətullah Sistaninin vəkaləti ilə dediyi cümə xütbəsində Karradakı hücumu pisləyərək, "Bu hücumu edənlər xalq arasında məzhəb fitnəsi çıxarmaq məqsədi ilə mümkün qədər çox qan tökülməsini hədəfləmişdilər" -dedi. İraq Əhli Sünnə Xeyriyyə Cəmiyyətinin başçısı Əbdüllətif Əl-Himəyyim də terror hücumlarını qınayaraq, bu hücumlara qarşı "birlik olmaq" çağırışını etdi. Himəyyin terror hücumlarına və hiylələrə qarşı ayıq olmağa çağırdı. İraq alimlərindən Ayətullah Təqi Müdərris də yayımladığı açıqlamada, xalqın təhlükəsizliyini təmin etmək üçün bütün bölgələrdə təhlükəsizlik orqanları ilə güclü əməkdaşlıq edə bilmək üçün xalq komitələrinin qurulması çağırışını etdi. "Xalqımızın qanı ucuz deyil. Yaşanılan hər hadisədən ibrət almaq üçün səylərin gücləndirilməsi lazımdır" ifadəsini qeyd etdi. Paytaxt mərkəzində - Karrada bazar günü baş verən bomba partlaması nəticəsində 292 nəfər həyatını itirib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 İyul, 2016 11:42 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |