إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Quranı yandıran dəstə üzvlərinə hökm oxunub

Milliyətçilər Qurani-Kərimi yandırırlar, daha sonra isə Buryatiya sakinini döyərək onu kamera qarşısında, qurbanın bütpərəstə olduğunu bildirməsinə baxmayaraq İslamdan imtina etməyə məcbur edirlər.

Ahlibeyt.az-ın islamazeri.az-a saytına istinadən verdiyi xəbərə görə,bu barədə "İslam-Tudey" məlumat yayıb.

Moskva vilayətində miqrantlara hücumlar edən dəstə üzvlərinə qarşı hökm çıxarılıb. Bütün ittiham olunanlar 4 ildən 10 ilədək azadlıqdan məhrum ediliblər.

İstintaq zamanı məlum olub ki, Sokolov adlı bir nəfər 2013-cü ilə Tver vilayətindən Podmoskovyeyə gəlib. O daha əvvəl quldurluğa görə məhkum edilib. O, həmçinin cinayət yoldaşları “Şerbinka” dəmir yolu stansiyası və “Dmitrit Donskiy Bulvarı” metrosu yaxınlığında gəlmələrə hücum edirdilər.Bu cür hücumların nəticəsindən bir nəfər dünyasını dəyişib. Lakin dəstəyə məşhurluğu, onların internetdə yerləşdirdikləri videogörüntü gətirib.

Həmin yazıda milliyətçilər Qurani-Kərimi yandırırlar, daha sonra isə Buryatiya sakinini döyərək onu kamera qarşısında, qurbanın bütpərəstə olduğunu bildirməsinə baxmayaraq İslamdan imtina etməyə məcbur edirlər.

Qruplaşma başçısı Sokolov video dərc edildikdən az bir müddət sonra saxlanılıb. Daha sonra onun göstərişləri əsasında dstənin digər üzvləri də həbs edilib.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 İyul, 2016  12:03 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!