إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ayətullah Xamenei: Təəssüf olsun ki, bəzi ölkələrdə müsəlmnaların bayramı əzaya çevrildi

İranın paytaxtı Tehranda Fitr bayramı namazı, ölkənin ali dini lideri Ayətullah uzma Xameneinin imaməti ilə qılınıb.

Ahlibeyt.az-ın Leader.ir-ə istinadən verdiyi xəbərə əsasən,böyük islam ümmətini bayram münasibəti ilə təbrik edən Ayətullah uzma Xamenei bildirib:

“Biz dövlət rəsmiləri olaraq belə bir nurani qəlbə malik olduğu üçün bu mömin xalqa qibtə etməli və təbii ki, Allah şükr etməliyik.

Xalqın, xüsusilə gənclərin ilin ən uzun və isti günlərində oruc tutmasını bu ilin Mübarək Ramaz ayının gözəl təzhürlərindəndir.Çirkin əllər yeniyetmələri oruclarını açmağa sürükləsələr də, Allahın lütfü ilə buna nail ola bilmədi, gələcəkdə də olmayacaq.

Düşmənlərinin ölkənin mütərəqqi nəslini dindən uzaqlaşdırmaq üçün hansı proqramlara malik olduğunu bilməlidir. Sadəcə, bədxahların builki proqramları xalqın ayıqlığı sayəsində iflasa uğradı.

Çox isti havada, xüsusilə ölkənin cənub əyalətlərində əzəmətli "Qüds" günü nümayişi,xalqın izdihamlı iştirakı və eyni zamanda mühüm əhəmiyyət daşıyan Fələstin məsələsinə görə səsini ucaltmaqla  elan etdi ki, İran xalqı bütün düşmənlər qarşısında durmağa və Fələstin məsələsini gündəmdə saxlamağa hazırdır”.

Builki Mübarək Ramazan ayı xalqın mənəviyyat göstriciləri və təzahürlərinin böyük sərgisidir.

Bu ayda pak ziyarətgahlarda əzəmətli Quran məclislərinin keçirilməsi və onun milli mediada ən yaxşı şəkildə işıqlandırılması, müxtəlif şəhərlərdə, xüsusilə Tehranın ayrı-ayrı nöqtələrində camaata iftar ziyafətləri verilməsi ənənsinin daha da inkişaf etdirilməsidir. Bu mənəvi davranış və xalqa xidmət ruhiyyəsi insafən, hər bir şəxsə təsir göstərir.

Adlarını “küçələri gəzən aşiq” qoymuş gənclər vasitəsilə ehtiyacı olanların evlərinə iftar yeməklərinin paylanması, “xüsusilə əhya gecələrində məscidlər, hüseyniyyələr və şəhidlərin məzarları üzərində əzəmətli dua və minacat tədbirlərinin təşkil ediilməsi, “Ramazanın son ongünlüyündə artmaqda olan mübarək "etikaf" ənənəsi,Ramazan ayında bəzi həkimlərin xəstələri havayı müayinə etməsi,bu mübarək ayın  gözəl təzahürlərindən bir başqasıdır.

Belə bir Ramazan mütləq, İlahi rəhmətin cəlbinə səbəb olacaq”.

Ayətullah Xamenei namazın ikinci xütbəsində son günlər İraq, Türkiyə, Banqladeş, və digər ölkələrdə törədilmiş partlayışlara işarə edərək dedi:

“Təəssüflər olsun ki, bu il bəzi ölkələrdə müsəlmanların Fitr bayramı  həqiqi İslamı qondarma və saxta İslamla əvəz etmək istəyən qüvvələr terroçuların əli ilə matəmə çevrdilər. Bu cinayətlər ABŞ, İngiltərə və sionist rejimin təhlükəsizlik idarələrinin terrorçular yetişdirməsinin nəticəsidir.

Bölgədə günahsız insanların qətlə yetirməsinin günahı təkfirçi terrorçuların himayədarlarının üzərindədir. Əlbəttə, onlar özləri də yavaş-yavaş bu terrorizmin zərərlərini görməkdədirlər. Ancaq onların bu cinayət və günahı unudulmayacaq.

Region ölkələrində, o cümlədən Suriya, Livan və Yəməndə qeyri-sabitlik və müharibə alovunun şölələndirilməsinin təəssüf doğurur. Yəmən xalqı artıq bir il üç aydır ki, bombardmana məruz qalır. Ancaq belə bir şəraitdə, belə isti havada Beynəlxalq Qüds Günü nümayişini böyük izdihamla keçirdikləri üçün Yəmən xalqına və onun müdrik rəhbərinə afərin demək lazımdır.

İmperialist qüvvələrin regionda müharibə, qeyri-sabitlik və terror aktları həyata keçirməsinin əsl məqsədi Fələstin məsələsini unutdurmaqdır: “Fələstinin azadlığı uğrunda aparılan mübarizə İslami və ictimai bir mübarizədir. Bu hərəkatı davam etdirmək bütün müsəlmanların vəzifəsidir. Fələstin məsələsini daxili və sırf ərəblərə aid olan bir məsələ kontekstinə aid etmək yanlışdır”.

Ali dini lider Fitr bayramı namazının ikinci xütbəsinin son hissəsində məmurların maaşları, haqsız və ədalətsiz mənimsəmələr məsələsinə toxunub və vurğulayıb ki, qeyri-qanuni mənimsəmələr edilməsi günah və İslam prinsiplərinə xəyanətdir:

"Bu məsələdə qeyri-qanunu olaraq mənimsənilmiş əmlak geri qaytarılmalı, qanun pozuntusuna yol vermiş şxslər cəzalandırılmalı, qanundan sui-istifadə etmiş şəxslər tutduqları vəzifələrdən kənarlaşdırılmalıdır.

İslam dövlətinin düşmənləri bu məsələdən dövlətə qarşı bir bəhanə kmi istifadə etməyə çalışırlar.Qeyri-qanuni mənimsəmələrə yol vermiş fərdlər dövlətin vicdanlı rəhbər işçiləri ilə müqayisədə azlıq təşkil edir. Ancaq bu azlıq da aradan qaldırılması zəruri olan zərərli nöqsandır.

Qeyri-qanuni maaşların səbəblərindən biri dəbdəbəli həyat tərzinə aludəçilikdən qaynaqlanır.Cəmiyyətdə israfçılıq və dəbdəbəli həyat tərzinin vüsət alması qeyri-qanuni mənimsəmələr kimi çirkin hadisələrin baş verməsinə gətirib çıxarır.

Əgər lazımi tədbirlər görülməsə, xalqın İslam dövlətinə olan inam və etimadı sarsılacaq.Dövlət rəsmiləri qəti tədbirlər görməklə xalqın inam və etimadını qorumalıdırlar”.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 İyul, 2016  13:31 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!