إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

"Ayasofiya"- da 85 il sonra azan səsləndirilib (Video)

"Ayasofiya" muzeyində təşkil edilmiş “Qədr gecəsi” mərasimi ilə bağlı proqrama Türkiyə Dəyanət İşləri Başqanı Mehmet Görməz də qatılıb.

 

Ahlibeyt.az-ın Haber7-yə istinadən məlumatına görə,mərasim zamanı Türkiyənin İstanbul şəhərindəki Ayasofiya məbədində 85 il sonra azan səsləndirilib.

Tədbirdə ilahiyyatçılar tərəfindən xütbələr edilib,“Qurani Kərim” və ilahilər oxunub, dualar edilib. Sonda sübh azanı səsləndirilib.

Azan Ankara Universitetinin  İlahiyyat fakultəsi Türk din musiqisi müəllimi Fatih Koca tərəfindən oxunub.

 

Qeyd edək ki, "Ayasofiya" məbədi(Yunan dilindən tərcümədə "Müqəddəs hikmət" sözü deməkdir) VI-cı əsirdə inşa edilib.

"Ayasofiya" kilsə kimi doqquz əsr boyu xidmət edib.Yalnız 1453-cü ildə Osmanlı imperiyası Bizans üzərində qələbədən sonra Fateh Sultan Mehmet tərəfindən məscidə çevrilmiş və 1935-ci ilə qədər dindarların xidmətində olmuşdur.

Məscid binası müasir Türkiyə Respublikasının quruluşuna qədər 400- ildən çox fəaliyyət göstərib və1935-ci ildə M.K.Atatürkün dekretinə əsasən inanclıların əlindən alınaraq muzey istifadəsinə verilib.

Yalnız 2006-cı ildə "Ayasofya" muzeyi kompleksinin bir hissəsi dini ayınlərin yerinə yetirilməsi üçün müsəlmanların ixtiyarına verilib.

Hazırda bina YUNESKO-nun Dünya İrsinə daxildir və Bizans memarlığının şah əsəri kimi hesab edilir.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 İyul, 2016  12:07 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!