|
• DünyadaMosulda İŞİD komandanı öldürülübPentaqon rəsmiləri bildiriblər ki, ABŞ-ın rəhbərliyi ilə koalisiya qüvvələri İŞİD-in müharibə və hərbi nazirinin müavini ilə Mosuldakı hərbi qüvvələrin komandanını hava zərbələri ilə məhv ediblər. Ahlibeyt.az-ın AnsPress-ə istinadən məlumatına görə, Pentaqon sözçüsü Peter Cook deyib ki, keçən ay İŞİD rəhbərlərinə qarşı endirilən digər zərbələr kimi, bu öldürücü zərbə də Mosuldakı İŞİD rəhbərliyinin fəaliyyətini ciddi şəkildə sarsıdıb və Şimali İraqda onların hərbi rəhbərliyinin iki nümayəndəsini sıradan çıxarıb. İyunun 25-də Mosul yaxınlığında endirilən zərbə müharibə və hərb nazirinin müavini Basim Muhammad Ahmad Sultan al-Bajari-ni məhv etmişdi. O, əvvəllər «əl-Qaidə»nin üzvü olmuş, 2014-cü ildə Mosulda hərbi qrupun ələ keçirilməsini kurasiya etmişdi. Cook-un sözlərinə görə, İŞİD-in öldürülmüş digər lideri Hatim Talib al-Hamduni-dir. O, İraqın ikinci böyük şəhəri Mosulda hərbi komandir idi. Keçən ay İraq hərbi qüvvələri ABŞ-ın dəstəyi ilə İŞİD-ə qarşı Fəllucadakı qələbələrini qeyd ediblər. İndi onlar Mosul üzərində nəzarəti ələ keçirmək üçün qüvvələrini cəmləyirlər. Cook bildirib ki, İŞİD-in iki yüksəkçinli rəhbərinin məhvi İraq qüvvələrinə Mosulu yenidən qaytarmağa kömək olacaq.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 İyul, 2016 11:31 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |