|
• DünyadaHəmas lideri:“Türkiyə ilə İsrail arasındakı razılaşma mütləq mənada şərdir”“Türkiyənin işğalçı İsraillə yaxınlaşma razılaşması Ankaranın öz qərarıdır. Bu qərarın Həmasla heç bir əlaqəsi yoxdur və sazişin bizim razılığımızla reallaşdırıldığı iddialarını rədd edirik”. Ahlibeyt.az-ın Strateq.az-a istinadla xəbər verir ki, bunu Həmasın Xarici Əlaqə məsələləri üzrə rəhbəri Usamə Hamdan Türkiyənin İsraillə imzaladığı razılaşmanı şərh edərkən bildirib. Həmas liderlərindən Xalid Qədduminin məsələyə münasibəti isə daha kəskin olub. "İşğalçı rejimlə əlaqələrin normallaşdırılması mütləq şərdir" deyən Qəddumi Həmasın mövqeyilə bağlı təşkilat liderlərinin fikirlərinə söykənməyən bütün açıqlamaları rədd etdiklərini söyləyib. Qeyd edək ki, iki gün öncə bağlanan saziş Qəzzaya şamil olunsa da, bu coğrafiyanın faktiki siyasi hakimiyyətinin başında duran Həmasın taleyinə aydınlıq gətirilmir. Bu isə öz növbəsində Həmasın İsrailə qurban verilməsi kimi şərh olunur. Görünür, Həmas liderlərini də bu ehtimal narahat edir. Digər tərəfdən Türkiyə ilə İsrail arasında razılığın əldə olunmasına Həmas adından təşəkkür mesajı yayılmışdı. Həmas liderlərinin səsləndirdiyi bu fikirlər isə yayılan xəbərin səhih olmadığını göstərir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 İyun, 2016 16:30 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |