|
• DünyadaƏrdoğan: "Putinə göndərdiyim məktub, əminəm ki, hər iki ölkənin xeyrinə olacaq"Türkiyə bu addımı Rusiya ilə münasibətlərdə mənfi halı aradan qaldımaq üçün atıb Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, rusiyalı həmkarı Vladimir Putinə yazdığı məktubda "Su-24" təyyarəsinin vurulması ilə bağlı insidentə görə təəssüf hissi keçirdiyini ifadə edib. Ahlibeyt.az-ın "Report"a istinadla verdiyi xəbərə görə, prezident bunu Ankarada çıxışı zamanı deyib. "Bizim Rusiya ilə münasibətlərimizdə təyyarəyə görə böhran baş verdi. Biz münasibətlərdəki bu mənfi halın aradan qaldırılması üçün addım atdıq. Mənim Rusiya ilə münasibətlərin inkişafını bərpa etmək üçün göndərdiyim bu məktub, əminəm ki, ölkələrimizin xeyrinə olacaq", - deyə o əlavə edib. Ərdoğan qeyd edib ki, o, göndərdiyi məktubda təyyarə insidenti ilə bağlı baş verənlərə görə şəxsən Putinə təəssüfünü bildirib. "Mən, həmçinin geniş məsələlər spektri üzrə regional əməkdaşlıq üçün imkanlarımızı xatırlatdım. İnanıram ki, biz hər iki ölkəyə ziyan vuran hazırkı vəziyyətdən təcili şəkildə yaxa qurtararaq, münasibətlərimizi tez bir zamanda normallaşdıra biləcəyik", - deyə Türkiyə prezidenti söyləyib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 İyun, 2016 13:03 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |