|
• DünyadaAşura günü qan ağlayan ağacQəzvin ostanının şərqində Ələmut məntəqəsinin Zurabad kəndində qədim bir çinar ağacı vardır. Hər il Məhərrəmlikdə həmin ağacın ətrafında xeyli sayda İmam Hüseyn(ə) əzadarı əzadarlıq mərasimləri keçirirlər. Qanlı ağac kimi məşhurlaşan bu çinar ağacının budaqlarından ildə bir dəfə, Aşura günü səhər çağı qırmızı qətran cari olur. Baxmayaraq ki, Aşura günü hər il 10 gün geriləyir amma fəsildən asılı olmayaraq bu çinar ağacının budaqlarından yalnız Aşura günü qətran cari olur. İmam Museyi-Kazimin(ə) oğlu Əli Əsğərin ziyarətgahının həyətində olan bu çinar ağacı barədə danışan Qəzvin elmi hövzəsinin müdiri Hüccətül-İslam Seyyid Musa İbrahimi deyir ki, hər Aşura günü İranın müxtəlif məntəqəsindən gələn yüzlərlə zəvvar bu möcüzənin şahidi olurlar. O deyib ki, ağacdan axan qətranın üzərində aparılmış analizlərin cavabına görə həmin qətranda qan xasiyyətləri və RH mövcuddur. El arasında dolaşan rəvayətə görə Aşura günü Kərbəlada olmuş quşlara Allah əmr edir ki, özlərini Şəhidlər Sərvərinin qanına sürtsünlər və uçaraq aləmə onun şəhadətini çatdırsınlar. Və həmin quşlardan biri Qəzvinə gələrək həmin ağacın üzərində oturmuşdur ki, bundan sonra hər il Aşura günü həmin ağac qan ağlayır. Böyük alimlər, o cümlədən, Şeyx Müctəba Qəzvini(r), mehrab şəhidi Ayətullah Dəstğeyb(r) və Ayətullahul-Üzma Seyyid Mərəşi Nəcəfi(r) öz kitablarında "Qanl ağac"a işarə etmişlər. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Dekabr, 2011 18:38 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |