إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

“Əl-Əzhər”in alimi: “Aşura günündə bayram təşkil etmək əsl cəhalətdir”

“Əl-Əzhər”in alimlərindən biri Aşura günü Qahirənin “İmam Hüseyn (ə)” məscidində çıxış edərkən təkfirçilər tərəfindən təşkil edilən bayramı şiddətlə tənqid etmişdir. (abna)
Əhli-təsənnün alimi Şeyx Xalid Muhəmməd Kamal Şazəli, Qahirənin “İmam Hüseyn (ə)” məscidində çıxış edərkən, Rəsullahın (s) övladlarının Aşura günü şəhadətə yetirilməsinə işarə edərək, həmin gündə İmam Hüseyn (ə) və tərəfdaşları üçün əzadarlıq mərasimlərinin təşkil edilməsini ən gözəl ibadət kimi qiymətləndirmişdir.
O, demişdir: “Əhli-təsənnün alimlərinin kitablarında İmam Hüseyn (ə) müsibətinə işarə edilmişdir. Ona görə də bu gündə bayram təşkil etmək əsl cəhalətdir. Bu işi görən müsəlmanlar da gərək bu tərzlərini dəyişdirsinlər”.
Radikalların mətbuatı hər il Məhərrəm ayında uydurma hədislər nəşr edərək, Aşura gününü bayram etməyi və şadlanmağı tövsiyə edirlər. Onlar bu günü oruc tutub, bayram etməklə savab qazandıqlarını fikirləşirlər.
Qeyd etmək lazımdır ki, Misir xalqı, xüsusilə də Qahirə şəhərinin əhalisi İmam Hüseyn (ə) məscidinə xüsusi diqqqət göstərirlər. Onların inancına görə Həzrəti Əba Abdullahın (ə) mübarək başı qızlarının birinin vasitəsilə Şamdan Misirə aparılmışdır.

deyerler.org

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Dekabr, 2011  18:32 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!