إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Həbsdə olan AİP sədrinin müavini mikro infarkt keçirib

Penitensiar Xidmətin Mərkəzi Müalicə Müəssisəsində Azərbaycan İslam Partiyasının sədr müavini Vaqif Abdullayevə mikro infarkt diaqnozu qoyulub. Dekabrın 5-də vəkil Anar Qasımlı müalicə müəssisəsinə gedərək hüquqlarını müdafiə etdiyi şəxslə görüşüb. Vaqif Abdullayev vəkilinə deyib ki, ona həm Bakı İstintaq Təcridxanasının tibb məntəqəsində, həm də xəstəxanada eyni diaqnoz qoyulub.

Vaqif Abdullayevin səhhəti dekabrın 2-də pisləşib və onu təcili xəstəxanaya aparıblar.
Anar Qasımlının sözlərinə görə, hazırda Vaqif Abdullayev özünü yaxşı hiss edir: “İlkin müalicələr öz effektini verib. Həkimlərdən razılığını bildirdi”.

Vəkil əlavə edib ki, Vaqif Abdullayev Bakı İstintaq Təcridxanasında olarkən də səhhətindəki nasazlıqlara görə tez-tez tibbi xidmətdən istifadə edib.

Oktyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azərbaycan İslam Partiyasının sədr müavini Vaqif Abdullayevi 11 il həbs cəzasına məhkum edib. Hazırda bu hökmdən verilən apellyasiya şikayətinə baxılır.

Vaqif Abdullayev Cinayət Məcəlləsinin 214.2.1 (Qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq); 214.2.3 (Odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq); 228.3 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə); 278-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə ittiham olunub.

2011-ci ildə azadlıqdan məhrumetmə cəzasına məhkum olunan 36 ictimai-siyasi fəalın 16-sı islamçı kəsimi təmsil edir. İslamçı kəsimin həbsi bu il yanvarın 2-də AİP Baş Məclisində partiya lideri Mövsüm Səmədovun çıxışından sonra başlayıb. Həmin çıxışında Mövsüm Səmədov məktəblərdə hicaba qadağa qoyulmasını kəskin pisləyib və Azərbaycan xalqını “ayağa qalxmağa, zalım rejimə son qoymağa” çağırıb.

mediaforum.az

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Dekabr, 2011  20:02 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!