إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İraq baş naziri əl-Falucada terrorçular üzərində qələbə elan edib

İraq hökuməti paytaxt Bağdaddan 50 km qərbdə yerləşən əl-Faluca şəhərinə nəzarəti bərpa edib.

Ahlibeyt.az-ın Apa-ya istinadən verditi məlumata görə,bu barədə TASS agentliyi məlumat yayıb.

Televiziya ilə xalqa müraciət edən İraq baş naziri Heydər əl-Abadi Əl-Fəllucanın İŞİD terror qruplaşmasından azad olunduğunu bəyan edib.

“Növbəti hədəfimiz Mosul şəhəridir. Əl-Faluca isə yaxın saatlarda tamamilə terrorçulardan təmizlənəcək”, deyə H.əl-Abadi bildirib.

İyunun 17-də İraq ordusu əl-Faluca şəhərində hökumət binasının üzərinə ölkənin bayrağını sancıb.

Qeyd edək ki,mayın 23-də İraq Silahlı Qüvvələri əl-Faluca şəhərini İŞİD terror qruplaşmasından azad etmək üçün genişmiqyaslı əməliyyata başlayıb. Əl-Anbar əyalətinin ən iri Əl-Faluca şəhəri 2014-cü ilin əvvəlindən İŞİD silahlılarının nəzarətində idi.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 İyun, 2016  10:44 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!