إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Məsciddə əyləşib namazı gözləmək...

Allahın məscidlərini yalnız Allaha və Axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar abadlaşdırar. Buna gdə onların hidayət olunmuşlardan olmalarına ümid vardır [Tövbə surəsi, 18]

Həzrəti Məhəmməd buyurur (s):

- «İlahi! Bu Ramazan ayında Quranı aydın nişanələrlə birlikdə insanları hidayət etmək və haqqı batildən ayırmaq üçün nazil etdin. Bu (müqəddəs) kitabda bizə məscidləri abadlaşdırmaq‚ dua etmək‚ oruc tutmaq və namaz qılmağa əmr edib‚ onları qəbul etməyə söz verdin.»

- Sizlərdən hər biriniz məsciddə olduğunuz zaman mələklər ardıcıl olaraq sizə dua edir və deyirlər: İlahi! Bu şəxsi bağışla. İlahi! Onu öz rəhmət və mərhəmətin sayəsində qərar ver

- Sizlərdən hər biriniz məsciddə olduğunuz zaman‚ oranı tərk etdənə qədər namaz qılmış şəxs kimisiniz (şəxsin savabını qazanırsınız).

-  Məsciddə əyləşib namazı gözləmək ibadətdir.

- «(İnsanların) yeddi dəstəsi Allahın (mərhəmət) sayəsindən başqa heç bir sığınacağın olmadığı gündə (Qiyamət günündə) Onun (rəhmət) sayəsi altında qərar tutar: ... Məsciddən çıxarkən‚ oraya bir də getməyi qərara alan şəxs.»

- Allah-Təala (Qiyamət günü) üç şəxsə zamin olar: məscidə sarı yola düşən şəxsə Allah-Təala Qiyamət günü onu tapıb‚ behiştə göndərməyə‚ yaxud da onun əməlinin savabını verməyə zəmanət verər.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 İyun, 2016  10:46 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!