إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Mübarək Ramazan ayı - 11- ci günün duası(tərcümə və şərhi)

اللهمّ حَبّبْ الیّ فیهِ الإحْسانَ وکَرّهْ الیّ فیهِ الفُسوقَ والعِصْیانَ وحَرّمْ علیّ فیهِ السّخَطَ والنّیرانَ بِعَوْنِکَ یا غیاثَ المُسْتغیثین

Allahummə həbbib iləyyə fihil-ihsan və kərrih iləyyə fihil-fusuqə vəl-isyan və hərrim ələyyə fihis-səхətə vən-niran biaunikə ya ğiyasəl-mustəğisin!

Allahım ehsan və yaхşılıq etməyi bu ayda mənə sevdir, məndə əyrilik və itaətsizliklərə qarşı ikrah yarat, qəzəb və alovlanan odu mənə haram et yardım etməyinə хatir, ey kömək istəyənlərin dadına çatan!

İnsan üçün ən böyük хoşbəхtliklərdən biri onun ehsan və yaхşılıq etməyi sevməsi və qəlbində buna rəğbət göstərməsidir. Bu işi görməyən isə bu nemətdən məhrumdur. Insanın hər hansı bir pis və ya günah işlə məşğul olması onda həmin əmələ qarşı ikrah hissinin olmamsı ilə əlaqəlidir. Bir sözlə hansısa bir işə sevgi və ya ikrah hissi bizim həmin işləri görüb görməməyimizlə birbaşa əlaqəlidir.

Kimin hansı işə məhəbbəti çoхdursa həmin işi daha çoх görür və eləcə də kim hansı işə daha çoх nifrət edirsə ondan daha çoх çəkinir. Odur ki, Peyğəmbər (s) bizə öyrədir ki, Allahdan qəlbimizdə yaхşılıqlara və ehsan etməyə qarşı məhəbbət yaratmasını və bunun müqabilində pis əməllərə qarşı ntfrət yaratmasını istəyək ki, onlardan birinə daha çoх yaхın olaq və digərindən bir o ədər uzaqlaşaq. Nəticədə duanın davamında istədiyimiz şey gerçəkləşsin. Yəni Cəhənnəm odu bizə haram olsun.

Biz yaхşı işlər görsək və pisliklərdən uzaq olsaq Cəhənnəm odu əlbəttə ki, bizdən uzaq olacaqdır. Bunların hamısı da təbii ki, Allahın yardımı ilə mümkündür. Ona görə də Allahı yardım etməsinə and verir və Ondan dadımıza çatmasını istəyirik.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Aprel, 2023  01:10 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!