|
• Mənəviyyat • MənəviyyatZərr aləmi nədir?...Müxtəlif İslam mənbələrində zərr aləmi haqqında məlumat verən kifayət qədər rəvayət vardır. Qurani-Kərimin "Əraf" surəsində buyurulur: “O zaman sənin Rəbbin Adəm övladlarından – onların bellərindən övladlarını çıxartdı (tarix boyu tədricən onları bir-birinin belindən dünyaya gətirdi) və onları (ağıllarının dərk etməsi və peyğəmbərlərin təbliği vasitəsilə) özlərinə şahid tutdu ki: «Mən sizin Rəbbiniz deyiləmmi?» (Ağıl nemətindən və peyğəmbərlərin dəvətindən məhrum olanlardan başqa) onların hamısı: «Bəli, (Rəbbimiz olmağına) şəhadət verdik» dedilər. (Allah belə etdi ki,) məbada Qiyamət günü «biz bundan (tovhid və rübubiyyətdən) qafil idik» deyəsiniz. Yaxud «həqiqətən atalarımız bizdən əvvəl (Allaha) şərik qoşdular və biz onlardan sonra olan övladlar (və təbii ki, onlara tabe) idik, məgər bizi batilə yönələnlərin etdiklərinə görə həlakmı edəcəksən?!»”. (“Əraf” 172-173). «Övladlar» kimi tərcümə olunmuş «zürriyyət» kəlməsinin «zərr» kökündən alındığı bildirilir. Ayədə haqqında danışılan hadisə harada baş verir? Mötəbər hədislərə əsaslanan əksər İslam təfsirçiləri, bu hadisənin zərr aləmində baş verdiyini yazırlar. Ustad Cavad Amuli qeyd edir ki, bu ayələrdəki məqsəd - xarici həqiqətin bəyan edilməsidir. Allah Təala əql və vəhy dili ilə insandan əhd almışdır. Yəni Allah əqli dərk və vəhy risalətinin vasitəsilə insanlarla əhd bağlamışdır ki, din maarifi qəbul etsinlə Rəvayətə görə, Adəm xəlq edilən zaman onun son nəfərədək bütün övladları belindən zərrələr şəklində xarici oldu. Əql və şüura malik olan bu zərrələrin eşitmə və danışma gücü var idi. Onlar «mən sizin Rəbbiniz deyiləmmi» sualına «bəli, Rəbbimizsən»,-deyə cavab verdilər. Bu sorğu-sualda məqsəd nə idi? Ayələrdən aydın olur ki, bu sorğu-sualla Allah-təala öz xəbərdarlığını sona yetirirdi. Başqa sözlə, belə bir xəbərdarlıqdan sonra qiyamət günü kimsə «biz bundan xəbərsiz idik» deyə bilməyəcəkdi. İmam Əli (ə) peyğəmbərlərin (ə) besəti haqqında buyurur: “O zaman ki, Allahın yaratmışlarının əksər hissəsi Allahla bağladıqları əhdi əvəz etdilər və Allahın haqqına cahil oldular, Allah insanların arasına peyğəmbərlər göndərdi”. İnsan unudur ki, bir gün Allaha “bəli” demişdir, lakin bu dünyaya gələn kimi “yox” deyir. İnsanın fitrəti əzəlidir və zaman və məkana sığışmır. “Bəli” dediyimiz zamanı unuduruq. Biz unutmuşuq ki, kimik və haradan gəlmişik və hara gedəcəyik? İnsan əgər fitrətini dərk edərsə, Allahla bağladığı əhdi xatırlayarsa, əzəli olduğunu bilər. Bu əhd də əzəlidir. Çünki o zaman ki, Allaha “bəli” demisən, Onunla əzəli əhd bağlamısan. Uyğun ayə insanda Allaha etiqadın fitri olduğunu bir daha təsdiq edir. Zər aləmində insanlardan Allahın rəbliyi barəsində əhd alınması, onların islam fitrəti əsasında yaradılması deməkdir. Bu əhd alınma onların batinlərində təsir qoymuşdur. Fitrətə tərəf çevrilmə bu əhdi yada salmaq deməkdir.Uca yaradanın insanlara “üzününzü fitrətinizə doğru çevirin” deməsi, onların islam dini əsasında yaradıldıqları həqiqətə tərəf çevrilmələrini istəməsi deməkdir. İnsanlar bu zər aləmində Rəblərini müşahidə etməsə və islam fitrəti əsasında xəlq olunmasaydılar, heç bir insan dinə, təkallahlığa tərəf yönəlməzdi. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 İyun, 2016 12:47 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |