إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

"Ayasofya"da hər gün "Quran" oxunacağı məsələsinə ABŞ Dövlət Departamentinin mətbuat katibi münasibət bildirib

"Ayasofya" ilə əlaqədar qalmaqala ABŞ da qoşulub - Ramazan ayı boyunca “TRT Diyanət kanalı"nda yayımlanacaq “Bərəkət vaxtı Ayasofya” proqramının "Ayasofya" muzeyində çəkilməsinə qərar verilib

Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə,bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

məlumatında bildirilir ki,erdiyi xəbərə görə, "Ayasofya"da hər gün "Quran" oxunacağı məsələsinə münasibət bildirən ABŞ Dövlət Departamentinin mətbuat katibi Mark Toner Türkiyə rəhbərliyini kilsəyə hörmət etməyə çağırıb.

"Ayasofya" kilsəsinin nə qədər əhəmiyyətli bir abidə olduğunu bilirik.

Türkiyənin "Ayasofya"nın ənənələri və tarixinə hörmət edərək mühafizə etməsini dəstəkləyirik.", Toner söyləyib.

Ramazan ayı boyunca “TRT Diyanət kanalı"nda yayımlanacaq “Bərəkət vaxtı Ayasofya” proqramının "Ayasofya" muzeyində çəkilməsinə qərar verilib.

Proqramın davam edəcəyi 30 gün ərzində muzeydə hər gün "Qurani-kərim" oxunacaq.

Buna etiraz edən Yunanıstanın Xarici İşlər Nazirliyi Türkiyə hökumətinin müvafiq qərarını pisləyib. Türkiyə isə Yunanıstana etiraz edərək, onun bəyanatlarını "islamofobiya” adlandırıb.

Qeyd etmək lazımdır ki, "Ayasofiya" (Yunan dilindən tərcümədə "Müqəddəs hikmət" sözü deməkdir) VI-cı əsirdə inşa edilib.

"Ayasofiya" kilsə kimi doqquz əsr boyu xidmət edib.Yalnız 1453-cü ildə Osmanlı imperiyası Bizans üzərində qələbədən sonra Fateh Sultan Mehmet tərəfindən məscidə çevrilmiş və 1935-ci ilə qədər dindarların xidmətində olmuşdur.

Məscid binası müasir Türkiyə Respublikasının quruluşuna qədər 400- ildən çox fəaliyyət göstərib və1935-ci ildə M.K.Atatürkün dekretinə əsasən inanclıların əlindən alınaraq muzey istifadəsinə verilib.

Yalnız 2006-cı ildə "Ayasofya" muzeyi kompleksinin bir hissəsi dini ayınlərin yerinə yetirilməsi üçün müsəlmanların ixtiyarına verilib.

Hazırda bina YUNESKO-nun Dünya İrsinə daxildir və Bizans memarlığının şah əsəri kimi hesab edilir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 İyun, 2016  17:50 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!