|
• Mənəviyyat • HəccAzərbaycanlı zəvvarların Həcc ziyarətinə gediş və qayıdış qrafiki açıqlanıbHəcc ziyarəti ilə bağlı zəvvarların gediş və qayıdış qrafiki açıqlanıb. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, Azərbaycandan zəvvarlar sentyabrın 2-i, 3-ü və 4-ü, hər gün bir və ya iki reys olmaqla, Həccə yola düşəcəklər. Zəvvarların qayıdış qrafiki isə sentyabrın 18-i, 19-u, və 21-i, hər gün bir və ya iki reys həyata keçirilməklə baş tutacaq. Zəvvarlar ziyarətə hər təyyarədə 3 və ya 4 qrup olmaqla, yollanacaqlar. Qeyd edək ki, aprelin 1-dən Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Ziyarət Azərbaycandan sentyabrın 2-də başlayacaq. Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötən ilkindən az – 1500 nəfər müəyyənləşsə də, sonrada bu rəqəm daha da azaldılaraq 1040-a endirilib. Ziyarət zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 4500 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 3500 dollardır. Dolların kursuna görə builki ziyarət xərcləri ötən illə müqayisədə təxminən 1000 manata qədər bahadır. Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub. Ötən il həm də Həcc ziyarəti kütləvi insan ölümü ilə nəticələnən hadisələrin baş verməsi ilə də yadda qalıb. Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 İyun, 2016 17:42 ⁄ Çap
Bu bölmədə29 İyul, 2020 Həcc ziyarətinə min zəvvar qatılıb - Video18 Fevral, 2020 Həcc ziyarətinə getmək üçün 150 nəfər müraciət edib |
Xəbər lenti
25 Yanvar, 2021 15:37
25 Yanvar, 2021 14:04
25 Yanvar, 2021 12:47
25 Yanvar, 2021 12:20
25 Yanvar, 2021 10:15
22 Yanvar, 2021 14:32
22 Yanvar, 2021 12:39
|
© 2021 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! CMS Danneo |
© Saytı düzəldib: 313wb.com |