إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Əgər qadınlara avtomobil sürməyə icazə versək, on ilə bakirə qız tapmayacağıq

Britaniyanın məşhur "Daily-Mail" qəzeti yazır ki, Səudiyyə Ərəbistanının vahhabi alimləri qanunverici orqana göndərdikləri hesabatda xəbərdarlıq edərək bildiriblər ki, əgər qadınlara avtomobil idarə etməyə icazə verilsə, ölkədə fəsad artacaq və boşanmalar çoxalacaqdır. Həmçinin hesabatda bildirilrir ki, əgər qadınlar avtomobil sürməyə başlasalar, on ilə bakirə qızların sayı xeyli azalacaqdır.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı yeganə ölkədir ki, qanunları qadınlara avtomobil idarə etməyə icazə vermir. Son vaxtlar isə bu qadağanın aradan qaldırılması barədə Səudiyyə cəmiyyətində geniş müzakirələr aparılır. Bu qadağanın aradan qaldırılmasına şiddətlə etiraz edən vahhabi alimləridirlər.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Dekabr, 2011  20:25 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!