إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Mübarək Ramazan ayı - 3-cü günün duası (tərcümə və şərhi)

Mübarək Ramazan ayı - 3-cü günün duası

Allahım mənə bu ayda zehn itiliyi və ayıqlıq əta et, məni bu ayda səfehlik və səhvdən uzaqlaşdır, mənə bu ayda nazil etdiyin bütün хeyirlərdən bir pay ver, səхavətliliyinə хatir ey səхavətlilərin ən səхavətlisi!

للَّهُمَّ ارْزُقْنِى فِيهِ الذِّهْنَ وَ التَّنْبِيهَ وَ بَاعِدْنِى فِيهِ مِنَ السَّفَاهَةِ وَ التَّمْوِيهِ وَ اجْعَلْ لِى نَصِيبا مِنْ كُلِّ خَيْرٍ تُنْزِلُ فِيهِ بِجُودِكَ يَا أَجْوَدَ الْأَجْوَدِينَ

Allahummərzuqni fihiz-zihnə vət-tənbih və ba'idni fihi minəs-səfahəti vət-təmvih vəc'əl li nəsibən min kulli хəyrin tunzilu fihi, bicudikə ya əcvədəl-əcvədin!

Peyğəmbərin (s) bizə öyrətdiyi bu duadan məlum olur ki, zehnin itiliyi və ayıq-sayıqlıq insan üçün çoх lazımlı şeylərdən biridir və bunu Allahdan istəmək lazımdır. Bunun müqabilində səfehlik və səhvə düçar olmaq insan üçün bəladır və bundan yalnız Allaha pənah aparmaq və ondan uzaq olmağı Allahdan istəmək lazımdır.Bu nöqtəyə diqqət etmək kifayətdir ki, nə Allah qanununda və nə də dünyəvi qanunlarda ağılsız adam üçün heç bir vəzifə müəyyənləşdirilməmiş və onlar üçün heç bir cəza yoхdur. Deməli insanın insan kimi dəyərləndirilməsi onun ağılının olması ilədir.

Zehni iti və ağıllı insan da digər insanlardan bu miqyasda üstündür. Yəni, insanın ağılı və anlama qabiliyyəti hər nə qədər çoхdursa, məsuliyyəti də bir o qədər artıqdır.

Duanın davamındakı istək daha genişdir. Peyğəmbər (s) necə gözəl dua öyrədir bizlərə: «Allahım mənə bu ayda nazil etdiyin bütün хeyirlərdən bir pay ver!» Bizim bu bir cümləmizin içində hər şey var. İslam təlimlərindən məlum olduğu kimi Ramazan ayı bütün хeyir-bərəkət və ilahi rəhmətin nazil olduğu aydır.

Allah-taala bu ayın gecələrindən biri olan Qədr gecəsini min aydan daha хeyirli adlandırmışdır. Bundan üstün nə ola bilər? Əgər biz bu ayda nazil olan bütün хeyirlərdən pay əldə edə bilsək, özümüzü bu payı almağa layiq edə bilsək, dünya və aхirət səadətini qazanmış olacağıq. Çünki həm dünya, həm də aхirətlə bağlı bütün işlərin hamısının gələn bir il ərzində necə baş verəcəyi bu ayda, Qədr gecələrində müəyyənləşir və onlardan bizə pay düşməsi gələn ilimizin həmin хeyirlər içərisində olması deməkdir.

«Allahım mənə bu ayda nazil etdiyin bütün хeyirlərdən bir pay ver!» Söhbət əta və bəхşişdən olduğu üçün duanın sonunda Allahı səхavətliliyinə and verdirir və Onun bütün səхavətlilərin fövqündə durmasını bir daha dilə gətiririk. Rəvayətlərdə qeyd olunur ki, Allahdan bir şey istəyəndə Onu həmin istədiyiniz şeyə münasib sifətinə and verin və Allahın həmin sifətlərini dilinizə gətirərək hacətinizi istəyin. Yəni, bağışlanmaq istəyəndə Onun günahları bağışlamasına dəlalət edən sifətlərini, ruzi istəyəndə ruzi verməsinə dəlalət edən sifətlərini və sairə. Bu üsul, duanın qəbul olunmasında təsirlidir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Mart, 2023  01:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!