إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Çin bu il də oruc tutan müsəlmanlara qadağalar tətbiq olunmağa başlanılıb

Uyğur türklərinin yaşadığı bölgədə bəzi restoranların açıq saxlanılması ilə bağlı əmr verilib -Çinin kommunist partiyası hər il olduğu kimi bu il də müsəlmanların Ramazan ayında oruc tutmağını qadağan etməyə çalışır.

Ahlibeyt.az-ın AnsPress-ə istinadən məlumatına görə, Çin hakimiyyəti ilə bağlı saytlarda Uyğur türklərinin yaşadığı Şərqi Türküstanda məmurların, tələbələrin və uşaqların oruc tutmağı qadağan edildiyi barədə məlumat yayılıb. 10 milyondan çox müsəlman Uyğur türkünün yaşadığı bölgədə bəzi restoranların açıq saxlanılması ilə bağlı əmr verilib.

Sintszyan-Uyğur Muxtar Vilayətində yerləşən Korla şəhərininin internet səhifəsində bu qadağa haqqında xəbərdarlıq edilib. Təzyiq göstərən Çin hökuməti, oruc və namaz kimi İslamın təməl ibadətlərini qadağan etməklə kifayətlənməyib, Uyğur türklərinə aid ev, dükan və məscidlərə istiqamətli əməliyyatlarını artırarkən restoranlara gündüz açıq tutmaq, marketlərə isə spirt satma zəruriliyini də gətirib. Çinin irqçi və təzyiqçi tətbiqləriylə gündəmə gələn Şərqi Türkistan məsələsi yeni deyil. Şərqi Türkistan xalqı 200 ildir Çin zülmüylə qarşı-qarşıyadır.

"Partiya üzvləri, dövlət işçiləri, tələbələr, uşaqlar Ramazan ayında oruc tutmamalı və dini mərasimlərə qatılmamalıdır. Ərzaq və içki satılan mağazalar bağlanmamalıdır"-deyə saytda xəbərdarlıq yer alıb.

Tiekeqi qəsəbəsinin rəhbəri Ahmetcan Tohti partiya üzvləri, dövlət işçilərinin, tələbələrin və uşaqların Ramazan ayı ərzində məscidlərə girməsini qadağan edib.

Çini idarə edən və rəsmi olaraq ateist olan Kommunist partiyası ölkədə yaşayanların dini inanaclarının azad olduğunu desə də dini toplumları ciddi şəkildə nəzarətdə saxlayır.

Ötən il Ramazan ayında Çinin Sintszyan Uyğur Muxtar Bölgəsində müsəlmanlara Ramazan ayında zorla içki içirdilib.

Bu barədə Dünya Uyğur Konqresinin sədrinin köməkçisi və Kayseridə yerləşən Şərqi Türküstanlılar Dərnəyinin başçısı Seyit Tümtürk bildirib.

O, Çin hökuməti tərəfindən uyğur türklərinə oruc tutulmasının qadağan edilyini, Kaşğar şəhərində oruc tutan 18 müsəlmanın öldürüldüyünü deyib.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 İyun, 2016  10:02 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!