إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Azərbaycanlı zəvvarlara Həcc ziyarəti xərcini hissə-hissə ödəmək imkanı yaradılıb

Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarlar üçün ayrılan yerlərdən 250 boş yer qalıb.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Apa-ya verilən məlumatda bildirilir ki, 100 yer VİP ziyarət, 150 yer isə nisbətən zəif şəraitli ziyarət üçün olandır.

İdarə sənəd qəbulunun bu ayın sonuna kimi başa çatacağını bildirib və ziyarətə getmək istəyən zəvvarlara tələsməyi tövsiyə edib.QMİ-dən bu il ilk dəfə olaraq zəvvarlara ziyarət xərcini hissə-hissə ödəmək imkanı yaradıldığı da bildirilib.

Qeyd edək ki, aprelin 1-dən Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır. Ziyarət Azərbaycandan sentyabrın 2-i başlayacaq.

 

Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötən ilkindən az – 1500 nəfər müəyyənləşsə də, sonrada bu rəqəm daha da azaldılaraq 1040-a endirilib. Ziyarət zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 4500 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 3500 dollardır. Dolların kursuna görə builki ziyarət xərcləri ötən illə müqayisədə təxminən 1000 manata qədər bahadır.

 

Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 İyun, 2016  13:14 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!