إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İraq birlikləri Fəllucaya daxil olur - Onlarla atəş nöqtəsi 100-dən çox İŞİD yaraqlısını məhv edilib

İraq ordusu və könüllülərdən ibarət hərbi birləşəmələr bir neçə istiqamətdən şəhərə daxil olmağa başlayıblar.Əməliyyatın aparılması üçün ordu birliklərinə əlavə olaraq terrorçuluğa qarşı mübarizə üçün təlim keçmiş 5 min nəfərdən ibarət xüsusi təyinatlı döyüşçılər cəlb olunub.

Ahlibeyt.az-ın Tass-a istinadn məlumatına görə,Bağdaddan 50 km aralıqda, Fərat çayı ətrafında  yerləşən Fəlluca şəhəri ətrafında 100-dən çox İŞİD yaraqlısı məhv edilib.Bu barədə İraq hərbi komandanlığının  məlumatında bildirilib.

Məlumata görə,ordu birləşmələri İŞİD-ə mənsub 39 atış nöqtəsini,20 hərbi təyinatlı maşını,3 silah fabrikini,məhv edib.Şəhərdə minalanmış 20-yə qədər binanı təmizləyib.500 dən çox ailəni təhlükəsiz yollarla döyüş məntəqəsindən uzaqlaşdırıb.

Məlumatlara görə, İŞİD-in şəhərdəki rəhbəri Hacı Həmzə kimi tanınan şəxs öldürülüb.

Hücumdan əvvəl İraq ordusu sakinləri şəhəri tərk etməyə çağırıb. Bunu edə bilməyənlərə terrorçuların bazalarından uzaq durmaq və evlərdən ağ bayraqlar asmaq tövsiyə edilib.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 May, 2016  12:26 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!