إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Fəllucə əməliyyatı: İŞİD liderlərinin gizli görüş yeri vuruldu, əsas hücuma az qaldı...

İraq ordusu kəşfiyyat məlumatları nəticəsində Fəllucənin mərkəzində "Hacı Huseyn" restoranında İŞİD liderlərinin gizli görüşü haqda məlumat əldə edib və bu restoran hava zərbələri nəticəsində yerlə-yeksan edilib.

Ahlibeyt.az-ın İslamazeri.az-a istinadən məlumatına görə, bu barədə İraq mediası məlumat yayıb.

Hücum zamanı Fəllucənin İŞİD tərəfindən təyin edilən "vali"nin müavini, o cümlədən digər önəmli onlarla terrorçular məhv edilib.

Digər məlumata görə, Qərma şəhəri  İŞİD terrorçularından tamamilə təmizlənib, hazırda Fəllucənin mərkəzinə hücum planları hazırlanır. Həlledici hücumun isə yaxın günlərdə ediləcəyi gözlənilir.

İraq hökümətinin rəsmisi Səəd Əl Hadisi " Sky News Arabia"ya verdiyi müsahibəsində mülkü vətəndaşların xəsarət almamaları üçün əməliyyatların daha diqqətlə və yavaş getdiyini açıqlayıb.

Məlumata görə, 90 min mülkü vətəndaş İŞİD tərəfindən Fəllucənin qalxanı vəziyyətindədir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 May, 2016  11:06 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!