|
• Mənəviyyat • MənəviyyatƏql nəfsi istəklərin əsarəti altına düşərsə...Allah-təala Qurani-Kərimdə buyurmuşdur: "And olsun nəfsə və onu yaradana, sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki, nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır! Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır”.(Şəms surəsi, ayə 7-10) Əql işgüzarlıq və fədakarlığın müsbət, tənbəlliyin isə mənfi sifət, həmçinin ədalətin yaxşı, zülmün isə pis əməl olduğunu dərk edir. Lakin nəfs daim özünə mövqe seçərək bütün ixtiyarı ələ almağa cəhd göstərir. Əqlin dediklərini qəbul edib, onlara əməl etmək, yaxud əksinə olaraq başqa bir səmtə yönəlmək nəfsin əlindədir. Qurani-Kərimdə bu haqda belə buyurulmuşdur: "(Möcüzələrimizin) həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda, haqsız yerə təkəbbür üzündən onları inkar etdilər”. (Nəml surəsi, ayə14. ) İlk öncə əqlləri onlara əsil həqiqəti və vacibliyi göstərsə də, onlar bilə-bilə həmin həqiqətləri inkar etdilər. Buna səbəb isə nəfsi istəklərin, şəhvani hisslərin onlara əqllərinin dediklərinə əməl etməkdə mane olması idi. Əzəmətli bir qüvvə olan əql nəfsin təsiri ilə aciz bir alətə çevrilirsə, nəfsi istəklərin fırtınası onu dəryada üzən qayıq kimi müxtəlif səmtlərə sürükləyər və istədiyi vaxt ondan istifadə edər. Həzrət Əli(ə) Bu barədə "Nəhcül Bəlağadə buyurmuşdur: - "Nə çox əqllər həvai-nəfsin hökmranlığı altında əsirə çevrilmişdir”. "Əql daha çox şəhvətin şimşəkləri altında məhv olar”. Digər bir kəlamında isə o Həzrət əqlin, yalnız nəfsi istəklər və şəhvətlərdən xilas olduğu zaman insan həyatında idarəedici rol oynadığına işarə edir: "Əql nəfsi istəklərin əsarəti altından çıxdıqda və dünya sevgisindən (dünyanın aldadıcı və müvəqqəti ləzzətlərinə bağlılıqdan) xilas olduqda bunları (söylədiyim bu nəsihətləri, həqiqətləri) təsdiqləyər”. Həmçinin İmam(ə) şəhvətin əqli parçalamasına da toxunaraq buyurmuşdur: "Şəhvət hissləri onun (həvayi-nəfsinə aldanmış şəxsin) əqlini parça-parça etmişdir” "Əql həvayi-nəfslə şəhvətin təzyiqi nəticəsində aradan gedər”. "Əqlin düşməni həvayi-nəfsdir”. Deməli nəfsin əql üzərində hökmranlıq edib, ondan istənilən kimi yararlanmağa qüdrəti çatır. Onun təhlükəli hesab edilməsi də məhz bu səbəbdəndir. Qurani-Kərimin insanın xoşbəxtliyini, nicatını və uğurunu onun nəfsinin sağlam olması ilə əlaqələndirməsi də məhz bundan irəli gəlir. Allah-təala Naziat surəsinin 40-41-ci ayələrində buyurmuşdur: "Amma kim (Qiyamət günü) Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinə istəyini (şəhvəti) qadağan etmişsə, həqiqətən onun yurdu Cənnətdir!" Nəfsini tərbiyə edib saflaşdıran şəxs böyük uğur qazanar, nicat tapar. Buna görə də, nəfsin tərbiyəsinə, onun təhlükəli xəstəliklərdən nicat tapmasına xüsusi diqqət yetirilməlidir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 May, 2016 17:42 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |