إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Avstraliyada ən böyük müsəlman qəsəbəsi tikilir

Avstraliyanın Cənubi Melton şəhərində müsəlman immiqrantlar üçün ən böyük qəsəbə tikiləcək.

Ahlibeyt.az-ın maide.az-a istinadən verdiyi xəbərə görə,“İqrə” yaşayış  massivində  müsəlman immiqrantlar üçün  75  yaşayış evi  və  məscid tikiləcək.

Avstraliya  İslami Şurasının Maliyyə məsələləri üzrə məsul şəxsi Qeysər  Terad  deyib ki, müsəlmanlara onlara qarşı heç bir ayrıseçkilik və irqçi hərəkətlər olmayan bir mühitdə yaşaması üçün bu qəsəbədə şərait yaranacaq.

O əlavə edib ki, bu kimi qəsəbələrin salınması  məscidlər və  İslami məktəblərin  də  qeyri-müsəlman qonşuların etirazı ilə üzləşmədən çoxalmasına şərait yaradacaq.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 May, 2016  16:18 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!