إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Xristian ölkələrindəki müsəlman rəhbərlər...

Onların fəaliyyəti İslam dünyasına nə üçün bəhrə vermir

Natiq Miri: “Əsas məsələ Amerikanın dövlət və milli maraqlarıdır”

ABŞ prezidenti Barak Obamanın vəzifədən gedişinə aylar qaldı. Bu ilin noyabrındakı seçkilərdə Obama prezidentliklə vidaşalacaq. Müsəlman Obama dövlət başçısı gəldiyi vaxt bunun İslam dünyası üçün müsbət nəticələrinin olacağı deyilirdi.

Amma 8 illik prezidentliyi dönəmində Obama müsəlman ölkələri üçün heç bir müsbət iş görmədi. Əksinə, bu ölkələrdə vəziyyət daha da gərginləşdi. Ümumiyyətlə, indiyə qədər müsəlman olan şəxslər müxtəlif xristian ölkələrdə rəhbərlikdə təmsil olunublar. Amma heç birinin İslam dünyası üçün faydası olmayıb. Son olaraq, dünyanın qabaqcıl şəhərlərindən olan Londonda ilk dəfə mer müsəlman seçildi. Pakistan əsilli Sadiq Xan bu postu tutdu. İstər Obama olsun, istərsə də Sadiq Xan, hər iki şəxsin vəzifəsi onlara müsəlman ölkələri üçün müsbət işlər görmək imkanları versə də, bundan heç biri hələ də faydalanmayıb.

Ekspertlər bu amili İslam ölkələri arasında birliyin olmaması ilə əlaqələndirirlər. Bu tipli şəxslərin böyüdükləri mühitin də bu məsələdə mühüm rol oynadığını düşünənlər az deyil.

Politoloq Natiq Miri bildirdi ki, bir şəxsin hansı irqə, dinə aid olması siyasət aləmində həlledici rol oynamır: “Obamanın müsəlman olması formal xarakter daşıyır. O, müsəlman insanı olmuş olsa belə, İslamdan gələn qaydalara riayət edəcək şəxs deyil. Amerika kimi bir dövlətin başçısı olmaq konkret məsuliyyət və səlahiyyətlər nəzərdə tutur. Bunu da Obama yerinə yetirmək məcburiyyətindədir. ABŞ kimi dövlətlərdə şəxslərin hansı irqə, dinə mənsub olmaları əhəmiyyətli deyil. Burada əsas məsələ Amerikanın dövlət və milli maraqlarıdır. Buna görə də prezidentlikdə müsəlman, xristian və yəhudinin olması Amerikanın dövlət siyasətini dəyişdirə bilməz. Bu, daim belə olacaq. Bunlar qırmızı xətt kimi tapdanası məsələ deyil. Əgər bu belə olmasaydı, Obama kimi şəxslərin prezident olması mümkünsüz idi. Tutaq ki, bir azərbaycanlı, yaxud türk hansısa ölkədə nazirdir, bu, hər hansı bir siyasi amil daşıyırmı? Qətiyyən yox. İran dövlətində minlərlə insan var ki, orduda qulluq edir, dövlətə xidmət edir, yüksək vəzifələrdə təmsil olunurlar. Amma onlar müsəlman dünyasına yox, İran dövləti və fars rejiminə xidmət edirlər. Çünki bu məsələdə milli faktor öndə deyil. Dünya siyasətində də belə məsələlərə önəm verilmir. Əsas olan yanaşma və düşüncə tərzidir. Milli mənsubiyyət şəxsləri bu istiqamətdə fəaliyyət göstərməyə heç zaman imkan verməyəcək. Çünki onlar başqa ruhda böyüyüblər. Bu baxımdan Obamanın müsəlmanlığı əsas faktor ola bilməz”.

Politoloq belə situasiyanın yaranmasının kökündə din faktorunun olmadığını söylədi: “İndiyə qədər yüz milyardlarla qoyulan sərmayələrin nəticəsidir ki, İslam toplumu dünyada parçalanmış şəkildədir. Çünki ”Parçala, hökm et" siyasəti Qərb və Şərqdə, Rusiyada tarix boyu əsas siyasət olub. Hazırda da bu belədir. Böyük ərəb dünyası onlarla kiçik dövlətlərə bölünüb ki, həmin ölkələr xristian dövlətləri tərəfindən asanlıqla idarə olunur. Ona görə milli mənsubiyyət deyil, maddi imkan burada mühüm rol oynayır".

Mənbə:Musavat.com


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 May, 2016  17:19 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!