إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İŞİD Avropa üçün azyaşlı terrorçular hazırlamaqla məşğldur

İŞİD terror qruplaşması Suriay ərazisində azyaşlıları öz çirkin işlərində istifadə etmək üçün onlara xüsusi təlimlər keçir

Ahlibeyt.az-ın İslamazeri.az-a istinadən verdiyi xəbərə görə,bu barədə Suriyanın rəsmi  SANA agentliyi məlumat yayıb.

Məlumata görə, Hollandiya xüsusi-xidmət orqanlarının başçısı Rob Vritol bildirib ki, İŞİD terror təşkilatı Suriyanın bir neçə regionunda azyaşlıların hazırlanması ilə məşğuldur və onları Avropada kamikadze etmək üçün, azyaşlıların bir çoxlarına xüsusi təlimlər verilir.

Avstriyanın “Die Presse” qazetinin yazdığına görə,  Vritolun, təhlükəsizlik  məsələləri üzrə Aİ ölkələrinin iclasındaki məruzədə bildirib ki, indi uşaq sayılan həmən yeniyetmələrin gələcəkdə terror törədə biləcəklərinə dair istənilən terror ssenarisini istisna etmək olmaz.

Onun sözlərinə görə, onlar terrorçuların yanında hazırlıq keçəndən sonra, Avropanın təhlükəsizlik və sabitliyinə ən böyük təhdid ola bilərlər.

Hollandiya, Almaniya və Avstriya xüsusi xidmət orqanları, həmçinin Vyananın təhlükəsizlik və terrorizmlə mübarizə üzrə bürosu da qeyd edib ki, terror aktlarının törədilməsi təhlükəsi istisna edilmir, xüsusilə Paris və Brüsseldəki hücumlardan sonra, həmçinin də terrorçuların qaçqın axını vasitəsi ilə Avropaya gəlmələri məlum olduqdan sonra bu təhlükə daha da reallaşıb.

“Die Presse” qeyd edib ki, Hollandiya təhlükəsizlik xidməti, Aİ ittifaqı ərazisini tərk edərək Suriyaya, İŞİD yanında xüsusi hazırlıq keçmək üçün getmiş onlarla, bəlkədə yüzlərlə yeniyetmə və uşaqlar haqda xəbər verib. Həmən şəxslər Suriyada hazırlıq gördükdən sonra Avropaya qayıtmağa hazırlaşırlar.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 May, 2016  16:31 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!