إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Ayətullah Məkarim Şirazi İmam Zamanın (s.ə) zühuru haqqında danışdı

Nüfuzlu təqlid mərcələrindən olan Ayətullah Məkarim Şirazi imam Zamanın (ə) zühuru barədə çıxış edib

Ahlibeyt.az-ın İslamazeri-yə istinadən verdiyi xəbərə görə, İmamın (ə) zühuru üçün duanın yetərli olmadığını vurğulayan Ayətullah Məkarim Şirazi deyib:

"Duanın bu barədə çıx təsiri vardır, lakin kifayət etmir. Biz saleh bəndələr yetişdirməliyik. Çünki onun inqilabının əsas amilləri məhz bu qrupdur.

Onların xüsusiyyəti isə gecə oyanaraq Allahla razu-niyaz etmək, gündəlik həyatlarına proqramla hazırlaşmaq və möhkəm imana sahib olmaqdır.

Saleh bəndələr daima yaxşılıqlara dəvət edər və pisliklərdən çəkindirərlər. Bunun isə 3 mərhələsi vardır; qəlbdə, dildə və əməldə. Bu missianı sevgi, ədəb və hörmət çərçivəsində görmək lazımdır. Saleh bəndələrin digər xüsusiyyəti, xeyirli işlərdə bir-biriləri ilə yarışmaqdır. Biz zühurun təxirə düşməməsi üçün planlar cızmalıyıq.

Bəziləri cəmiyyətdə nə qədər fəsad artarsa İmamın bir oqədər tez zühur edəcəyini deyir. Lakin bu yalnışdır. Onun zühurunun yaxınlaşması saleh bəndələrin hazırlanmasına bağlıdır. Biz də öz növbəmizdə saleh bəndələrin sırasında olmağımızı Allahdan diləyirik."

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 May, 2016  13:13 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!