إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Məhərrəmlik ayı ilə bağlı avtomobillərdə reklam yazıları aşkar etdikdə, həmin avtomobil saxlanılacaq

Bakı şəhər yol polisi avtomobillərdə Məhərrəmlik ayı ilə bağlı reklam yazılarının yerləşdirilməsinin qanunauyğun olub-olmamasına aydınlıq gətirib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bazar ertəsi bildirib ki, nəqliyyat vasitələrində reklam yazılarının yerləşdirilməsi reklam haqqında qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməlidir. Onun sözlərinə görə, avtomobillərdə hər hansı reklamın yerləşdirilməsi yol polisi ilə razılaşdırılmalıdır. Həmin reklamın avtomobildə yerləşdirilməsinə bir il müddətinə icazə verilir.

Əsədov bilidirib ki, Məhərrəmlik ayı ilə bağlı avtomobillərdə reklam yazılarıın verilməsi ilə əlaqədar yol polisinə hələlik müraciət daxil olmayıb.

"Yol polisi əməkdaşları belə yazı olan hər hansı avtomobili aşkar edərsə, həmin avtomobil saxlanılacaq və sürücüdən reklama icazə verən sənəd tələb olunacaq. Əgər belə sənəd olmasa, sürücü və ya avtomobil sahibi inzibati qaydada cəzalandırılacaq və barəsində protokol tərtib olunacaq", - Əsədov deyib. İdarə sözçüsü bununla əlaqədar sürücülərə müraciət edərək reklam haqqında qanunvericiliyin tələbinə riayət etməyi tövsiyə edir.

trend.az

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Noyabr, 2011  22:39 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!