|
• DünyadaBu gün Azərbaycan və Ermənistan prezidentləri Vyanada görüşəcəkBu gün Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyan Dağlıq Qarabağ münaqişəsi zonasında 1990-cı illərin ortalarından bu yana ən qanlı döyüşlərin getdiyi aprel hadisələrindən sonra ilk dəfə görüşəcəklər. Ahlibeyt.az-ın Report-a istinadən verdiyi xəbərə görə, prezidentlərin görüşü Avstriyanın paytaxtı Vyanada keçiriləcək. Danışıqlarda vasitəçi qismində ATƏT-in Minsk qrupunun həmsədr ölkələri - Rusiya, ABŞ və Fransanın xarici siyasət idarələrinin rəhbərləri çıxış edəcəklər. Bütün tərəflər Vyanaya gələcəklərini təsdiq ediblər. Rusiya Xarici İşlər Nazirliyi hesab edir ki, İlham Əliyev və Serj Sarqsyanın Sergey Lavrov, Con Kerri və Jan-Mark Eyronun iştirakı ilə aparacağı danışıqlar yaranan vəziyyətdən siyasi çıxış yolunun axtarılması kursunu möhkəmləndirəcək. Həmçinin diplomatik idarə rəhbərləri prezidentlərlə danışıqlar öncəsi bir sıra ikitərəfli görüşlər keçirməyi planlaşdırırlar. Xüsusilə Larovun Kerri ilə məzmunlu görüş keçirəcəyi gözlənilir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 May, 2016 11:14 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |