إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Tikə-tikə doğransaq belə İmam Hüseyn(ə) məfkurəsindən əl çəkməyəcəyik

Məhərrəmin daxil olması münasibətilə Aşura gününədək hər axşam videobağlantı ilə Əhli-Beyt(ə) aşiqləri üçün söhbət edən Livanın Hizbullah təşkilatının sədri Seyyid Həsən Nəsrullah dünən Zahiyə məntəqəsinin camaatı üçün söhbət edib.

Dünənki söhbətində o deyib ki, biz düşmənin nə  silahından nə məkrindən nə də hiyləsindən qorxmuruq. Və biz bunu sübut edəcəyik, necə ki əvvəldə sübut etmişik.

O vaxta kimi damarlarımızda İmam Hüseyn(ə) qanı axır və iradəmiz İmam Hüseyn(ə) iradəsi və əzmkarlığından qaynaqlanır Hüseynə və Zeynəbə bağlı və sadiq qalacağıq deyən Seyyid Həsən Nəsrullah deyib ki, biz bu gün və Aşura günü İmam Hüseynə(ə) xitabən deyirik ki, biz düşmənin bütün səylərinə, təhdidlərinə. hiylələrinə və hücumlarına baxmayaraq sənin Kərbəlandan, bayrağından, yolundan və məfkurəndən əl çəkməyəcəyik. Hətta qadınlarımız və balalarımız bu yol uğrunda əsir düşsə, özümüz isə tikə-tikə doğransaq belə.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Noyabr, 2011  17:16 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!