إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

"Ənsarallah": Bunlar Yəməndə sülh istəmirlər

Husilər Hadi tərəfdarlarını danışıq prosesini ləngitmədə ittiham edib

Ahlibeyt.az-ın İslamazeri.az-a istinadən verdiyi xəbərə görə, "Əl Məyadeen"-nin məlumatında bildirilir ki,“Ənsar Allah” hərəkatının üzvləri, istefa vermiş prezident Hadi və tərəfdarlarını Küveytdə aparılan siyasi məsləhətləşmələr prosesini ləngitmədə ittiham edib.

“Düşmən qüvvələr hazırda Küveytdə keçirilən siyasi məsləhətləşmələr prosesinin inkişafında maneələr törədərək, danışıqlar prosesini çoxlu  uydurma bəhanələrlə ləngidirlər.”,  – deyə "Ənsarallah" hərəkatının sözcüsü Muhəmməd Əbdus Salam öz sosial şəbəkədəki səhifəsində yazıb.

O, qeyd edib ki, sülhün elan olunması və aparılan danışıqlara baxmayaraq, ərəb koalisiyası Yəmənin müxtəlif əyalətlərinə avia-zərbələr endirməyə davam edir, prezident Əbd Rəbb Mənsur Hadinin tərəfdarları isə paytaxt Sənaya təşkil etdikləri hücumü, Məarib, Taiz və Şebvadaki hərbi əməliyyatları da dayandırmayıblar. Ümumi razılıqların əldə olunması onların sülhü təmin etməkdə ciddi niyyətlərinin olmadığını, və danışıqların hərbi əməliyyatların dayanmasını bərkitməyə kömək etmədiyini göstərir - Muhəmməd Əbdus Salam əlavə edib.

Yəməndəki münaqişə tərəfləri arasındaki sülh danışıqları, Hüsilərin Sənadan şimalda yerləşən hərbi düşərgəyə əks hücum etdiyinə görə, Hadi Mənsur heyətinin öz iştirakını 3 günlük dayandırmasından sonra, ötən gün Küveytin paytaxtında yenidən başlayıb. Ölkədə bir ildən çox çəkən hərbi münaqişəyə son qoymaq üçün BMT sayəsində aparılan Yəmən danışıqlarının növbəti mərhələsi aprelin 20-si başlayıb. Səudiyyə rejiminin Yəmənə hərbi müdaxiləsi isə bu böhranı daha da dərinləşdirib.

Qeyd edək ki, Yəmən ordusu və xalqının böyük hissəsi "Ənsarallah"a dəstək verir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 May, 2016  18:28 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!