إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İraq ordusu İŞİD əleyhinə yeni əməliyyatlara başladı

İraq ordusu Fəllucənin cənub hissəsinin azad edilməsinin 3-cü mərhələsinə başlayır

Ahlibeyt.az-ın İslamazeri.az-a istinadən verdiyi xəbərə görə,bu barədə İraq mediası məlumat yayıb.

İraqın qərbində yerləşən əl-Ənbar əyalətində keçirilən əməliyyatın komandanı Fəllucə şəhərinin cənub hissəsinin azad edilməsi üzrə əməliyyatın üçüncü mərhələsənin başlaması haqda xəbər verib.

İsmayıl əl-Məhləvi bildirib ki, bu gün səhər İraq təhlükəsizlik qüvvələri aviasiya, vertolyot desantı və artilleriyanın dəstəyi ilə, Fəllucə şəhərinin cənubunda yerləşən və Saləm şəhəri ilə Əmiriyə qəsəbəsini birləşdirən şosse və kənd ərazilərinin İŞİD-dən təmizləməyə başlayıb.

İraq ordusu, İŞİD terrorçularının toplaşma yerlərinə cəmləşdirilmiş zərbələr endirərək, İŞİD-in çoxlu canlı qüvvəsi və texnika itkisi verməyinə səbəb olub. Bununla yanaşı, ötən çərşənbə günü İraq hökümət qüvvələri, Fəllucənin cənubuna etdiyi hücum zamanı İŞİD işğalından daha 4 rayonu azad edib.

Üç gün öncə isə Hədisə və Əl-Bəğdadi şəhərlərinin 1 il 6 aylıq mühasirəsi nəhayət İraq ordusu tərəfindən yarılıb. ABŞ koalisiyasının başçılıq etdiyi koalisiyanın endirdiyi avia-zərbə nəticəsində İŞİD-in mühüm üzvlərindən biri, əslən avstraliyalı olan Nil Prakaş məhv edilib.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 May, 2016  09:26 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!