|
• DünyadaAyətullah Xamenei: Məbəs bayramı bəşəriyyətin əzab-əziyyətlərinə son qoymaq üçün oyanış günüdürİranın ali dini lideri Ayətullah Seyyid Əli Xamenei bu gün səhər Məbəs bayramı münasibəti ilə ölkə rəsmiləri, İslam ölkələri səfirləri və müxtəlif təbəqədən olan insanlar ilə görüşüb. Ahlibeyt.az-ın Maide.az-a istinadən verdiyi xəbərə görə, Ayətullah Xamenei görüşdə çıxış edib və Həzrət Məhəmməd Mustafanın (s.ə.s) peyğəmbərliyə seçildiyi gün münasibəti ilə İslam Ümmətini və İran xalqını təbrik edib, "besət"in fəlsəfəsinə aydınlıq gətirib.
Ali Dini lider bildirib ki, bu gün bəşəriyyət "Besət"in mənasını dərk etməyə həmişə olduğundan daha artıq ehtiyaclıdır. “ Məbəs bayramı bəşəriyyətin əzab-əziyyətlərinə son qoymaq üçün oyanış günüdür. Besət-in qarşısında duran cəbhə, cahillik cəbhəsidir və cahillik bu gün də davam edir.”
Ayətullah Xamenei qeyd edib ki, bu gün Amerikanın qəti siyasəti İslamofobiya, İranofobiya və Şiəfobiyadır:
“Son zamanlarda Amerikalılar bildiriblər ki, İranın regionda izlədiyi siyasətlər İrana qarşı sanksiyaların tətbiq edilməsinə səbəb olur. Yəni mənası budur ey İran xalqı siz ki, ayıq və bəsirətlisiniz geri çəkilin ki, biz işimizi görə bilək. Bu cahillikdir.
Məbəs, oyanış bayramı və ilahi fitrətə qayıdış günüdür. Məbəs, ağıl, ədalət, azadəlik və Allaha bəndəlik ilə yanaşı olan bir yaşama dönüşdür. İlahi pyeğəmbərlərin vəzifəsi isə insanları bu pak fitrətə və Allahın göstərişləri çərçivəsində təfəkkürə istiqamətləndirməkdir." Ayətullah Xamenei İslamın ilk günündən “Besət” və “Cahiliyyət” cərəyanının davam etdiyini vurğulayıb və deyib ki, bu gün İslam ümmətinin ən önəmli vəzifəsi Amerikanın öndərliyi ilə olan “cahiliyyət” cərəyanı ilə mübarizədir və İran İslam Respublikası “Besət” cərəyanının öndəri olaraq İmam Xomeyninin(r.ə.) başlatdığı yolda, heç bir qorxu hiss etmədən güclərin qarşısında mübarizəsini davam etdirir. “Cahillik cərəyanı peyğəmbərin dövrünə aid olan bir məsələ deyil. Bu cərəyan, ilahi peyğəmbərlər tərəfindən istiqamətləndirilmiş və təfəkkürə əsaslanan cərəyan qarşısında mövcud olmuş və bu günə qədər davam edən bir cərəyandır. Dünyanın hazırkı durumu hətta, Amerika kimi bir dövlət üzərində qələbə çalan, öz nüfuzunu bu ölkə hökumətinə qəbul etdirən, sionist sərmayə sahiblərinin geniş şəbəkəsinin dünyaya hökmranlığının nəticəsidir. Müxtəlif cərəyanlar və partiyaların iqtidara gəlmələrinin yolu, bu sionist cərəyana tabe olmaqdan keçir.” Ayətullah Xamenei İran xalqı və digər müsəlman xalqların qüdrətlərin fəsadla yanaşı olan hərəkətləri qarşısındakı ayıqlığını, onların qəzəbinə səbəb olan başlıca amil olduğunu bildirib: "İran ABŞ-ın regionla bağlı siyasətlərinə qarşı çıxmasına görə, sanksiyalar ilə təhdid edilir. Çünki, onlar İslam Respublikasını region ilə bağlı siyasətlərinin icrası yolunda maneə hesab edirlər. İran İslam Respublikası heç vaxt müharibəyə başlayan tərəf olmayıb və heç bir ölkə əleyhinə hərbi addım atmayıb. Amma, öz mövqeyini daim uca səslə elan edib və bundan sonra da edəcək."
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 May, 2016 19:24 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |