|
Bölgələrdə dini icmalar tərəfindən maarifləndirici tədbirlər keçirilibMayın 3-də Şamaxı şəhər “Cümə” məscidi mərkəz dini icmasının “Milli-mənəvi dəyərlərin təbliğində gənclərin rolu” layihəsi çərçivəsində “Gənclərin radikal dini təsirlərdən qorunması” mövzusunda tədbir keçirilib.
Ahlibeyt.az-ın DQİD mətbuat xidmətinə istinadən məlumatına görə,tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin(DQİDK) sektor müdiri Bəhruz Müslümov, o cümlədən Şamaxı Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı İsmayıl Manafov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, QMİ-nin səlahiyyətli nümayəndəsi, Şamaxı şəhər “Cümə” məscidinin imamı Mərəhmət Mustafayev, dini icmanın sədri Akif Hüseynov, dini icma üzvləri, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxış edən natiqlər radikalizm və onun fəsadları, gənclərin, xüsusilə dindarların radikal təsirlərdən qorunması, gəncliyimizin milli-mənəvi və dini dəyərlər işığında tərbiyə olunması, İslam dininin elm və təhsilə verdiyi önəm haqqında mövzulara toxunublar. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
DQİDK-nın dəstəyi ilə Samux rayon Samux şəhər müsəlmanları dini icmasının həyata keçirdiyi “Radikalizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərimizdən istifadə” layihəsi çərçivəsində mayın 3-də “Radikalizmdən qorunmanın yolları necə olmalıdır” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib. Samux rayon Lək kənd tam orta məktəbində təşkil edilmiş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev, şöbənin əməkdaşı Rövşən Hacıyev, dini icmanın sədri İlham Məmmədov, Samux Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələləör şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elnaz Cəfərova, Samux rayon İH-in əməkdaşı Mehman Əliyev və digər aidiyyatı şəxslər iştirak ediblər.Tədbirdə bu cür layihələrin əhəmiyyətindən bəhs edilib. Həmçinin dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirilib.
Qeyd edək ki, hər iki tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 May, 2016 11:07 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |