إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Tbilisidə qızlar arasında Quran oxuma yarışması keçirilib - FOTO

Gürcüstan Müsəlmanları İdarəsinin(GMİ) nəzdində fəaliyyət göstrən Gürcüstan Müsəlman Qadınlar icmasının təşkilatçılığı ilə  Tbilisi Cümə məscidinin iclas zalında Quran kurslarında təhsil alan azyaşlı yeniyetmə qızlar  arasında müqəddəs kitabın üzündən ərəbcə düzgün şəkildə oxunuşu üzrə yarış keçirilib.

Ahlibeyt.az-a GMİ-dən verilən məlumata görə, yarışda Gürcüstanın müxtəlif yerlərindən 40-a yaxın yeniyetmələr hakimələr qarşısında özlərini sınadıar.

Yarış Qurani-Kərimin tilavəti ilə açıq elan olundu.

Yarışda qalib olan 4 nəfər tələbə və onların müəllimələri Hz. İmam Mehdinin (ə) mövlud günü mərasimində Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən nəfis hədiyyələrlə mukafatlandırılacaqlar.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Aprel, 2016  11:34 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!