|
|
İslam Konfransı GF-nin BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda sərgisi keçirilibMəlum olduğu kimi, hal-hazırda Bakı şəhərində BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçirilir. Ahlibeyt.az-ın İslam.az-a istinadən məlumatına görə, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumundan (İKGF) verilən xəbərdə bildirilir ki,dünən sözügedən Qlobal Forum çərçivəsində Bakı Konqres Mərkəzində İKGF-nin təşkilatçılığı ilə “İdeyalar Marketi” adlı tədbir çərçivəsində daha öncə keçirilmiş “Photo4Tolerance” beynəlxalq layihəsinin təqdimat sərgisi keçirilmişdir. 2014-cü ildən etibarən İKGF, Azərbaycan hökuməti və BMT Sivilizasiyalararası Alyansının imzaladığı “Fəaliyyət Planı”na uyğun birgə əməkdaşlıq ilə keçirilən “Photo4Tolerance” layihəsi çərçivəsində dünyanın müxtəlif ölkələrindən olan gənc fotoqraflar müsabiqəyə dünyа dinlərin humanist ideyalarını özündə əks etdirən 1000-ə yaxın fotorəsm göndərmişlər. Bu rəsmlərin ən yaxşıları ötən illərdə bir neçə dəf keçirilmiş “Photo4Tolerance” və “Photo4Tolerance+” (plyus) sərgiləri çərçivəsində mükafatlandırılmış, müsabiqə davamlı xarakter almışdır. Bu layihənin əsas məqsədi dünyada tolerantlıq və multkulturalizm ideyalarının yayılması və təbliğ edilməsi olmuşdur. Bakıda keçirilən fotosərgi bir sıra yerli və xarici iştirakçıların diqqətini çəkmiş, nümayiş etdirilən şəkillər müzakirələrə səbəb olmuşdur. Qeyd edək ki, “Photo4Tolerance” layihəsi İKGF, Azərbaycan hökuməti və BMT Sivilizasiyalar Alyansının imzaladığı “Fəaliyyət Planı”nına daxil üç beynəlxalq layihənin biridir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Aprel, 2016 14:50 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |